Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Apr

    02 KƏRİMOVA SEVİNC SULTAN QIZISevinc yatıb yuxuda gö-rür ki, biclikdən kirayədə yaşadığı evin qapısı ağzında fala baxdırmaq üçün xeyli adam növbəyə düzülüb. Onların sırasında Bakıdan, Gən-cədən, Yevlaxdan, Bərdədən, Ağdamdan, daha nə bilim haralardan avam adamlar var və bu biçarələr növbə üstündə bir-biri ilə tutaşıb-lar. Bu mənzərə ona cox ləzzət verir. Belə həriflərdən xeyli pul qazanacağını düşü-nən Sevinc sevincindən çır-tıq çalıb oynamağa başlayır. Pullarını fırıldaqçılıqla ələ keçirdiyi adamlar onu əhatə edərək sındıra-sındıra oynayan Sevincin başına şabaş yağdırır və arada bir qışqırırlar:
    —Ay şabaş! Ay can! ay can! Sağ ol, Sevinc!
    Sevinc onlardan birinə tapşırıq verir:
    ­­­­— Çıx çölə, fala baxdırmağa gələn adamların arasında bir sakitlik yarat, onları sıraya düz, elə et ki, həm bir-bir, həm də tez-tez gəlsinlər. Yoxsa qayıdıb gedən olar.
    Sonra Sevinc ətrafındakı adamları bayıra çıxarır.
    O, fala baxmaq üçün istifadə etdiyi kartları tez gətirib masanın üstünə qoyur, bir bilici görkəmi alıb, qapının ağzında birinci dayanana: “Gəl!”—deyə, amiranə səslənir. Sevinc həmin kütbeyi-nin gəlmə səbəbini öyrə- nəndən sonra kartları qarış- dırıb masanın üstünə düzür və başlayır yüz hoqqadan çıxmağa. Guya nəyi isə bu kartlardan öyrənib, onun müşkül məsələsinin həllinin çarəsini “tapdı”, “dahiyanə” məsləhətlər verdi, bir “10”-luğunu alaraq şirin dillə bu yazığı yola saldı.
    Belə-belə adamları bir-bir qarşılayıb, hamının “dərdinə əlac edirdi”. Hərədən “5”-dən, “10”-dan, “20”-dən alıb, Allahdan belə “balqabaq”-lara uzun ömür diləyib, onlara ürəyində gülürdü.
    Sevinc yuxuda növbədə gözləyən adamların yarısını qəbul etmişdi ki, qəfil ayıldı, bu “haqq-hesabın” röya ol-duğunu biləndə qanı qır kimi qaraldı, peşimançılıqdan başı ağrıdı. Nə qədər istədi ki, yenidən yuxulasın, amma alınmadı, yerinin icində çabalamağa başladı. Səhər isə açılmaq bilmirdi. Küçədə sahibsiz itlər hürürdü və bu səslər Sevincin əsəblərini döyəcləyirdi. Ömrü boyu işlətdiyi əməllər televizor ekranındakı kimi gözlərinin önündə canlanır və onu ayrı bir aləmə aparırdı…
    Bu Sevinc o Sevinc idi ki, oğurluq üstündə iki dəfə məhkum olunmuş, amma yenə utanmamış və öz çirkin əməllərini davam etdirmiş, falçılıqla da məşğul olmağa başlamışdır. Adamların eti-barından sui-istifadə etmə və aldatma yolu ilə pullarını və əmlaklarını ələ keçirir və onlara külli miqdarda ziyan vurur. Hələ də bu cinayət əməllərindən əl çəkməyib.
    Onun əri Elşad da nar-kotika üstündə məhkum olu-nub və bəlkə də Sevinc bu işdə ərinə kömək edib.
    Əgər qumar kartına baxmaqla işlər düzəlsəydi, elə hamıdan əvvəl bu kələkbaz qadın özünə bir əncam çəkər-di, evi-eşiyi olardı, ən azınnan ərini pis vərdişlərdən daşındırardı və nəhayət, gül kimi üç balasından utanardı.
    Sevinc “Dollar Lətafət” ləqəbli sələmçi bir qadınla “cici-bacı” olub. Danışırlar ki, fırıldaqçı Sevinc bütün əməllərini onunla bir yerdə həyata keçirir. Amma bir-birinin namını heç kimə vermirlər, lap onları “divara dirəsələr də”. Bax, “etibar”, “sədaqət” buna deyərlər. Yoxsa indiki bəzi kişilər kimi? Birinə “xox” eləsən, 10 il bir yerdə çörək kəsdiyi “dostunu” 5 qəpiyə satar.
    Son zamanlar bayaqdan fırıldaqçı dediyimiz Kərimo-va Sevinc Sultan qızı adlarının çəkilməsini istə- məyən bir ağbirçək ananı və onun 2 körpə uşağı olan qızını inamdan, etibardan sui-istifadə etmə və aldatma yolu ilə nə təhər “qarmağa keçiribsə”, onlar ayılanda görüblər ki, daha iş-işdən keçib, “Lələ köçüb, yurdu qalıb”, yəni nə qədər pulları var (təqribən 50 min manat) dələduzluq yolu ilə ələ keçi-rərək onlara külli miqdarda ziyan vurub. Amma düzünü deyək ki, bu işdə falçılıqdan istifadə etməyib, etibardan sui-istifadə edərək onları aldadıb.
    Hadisə belə vaqe olub: Sevinc hardansa öyrənib ki, bu ailələr iki həyətyanı torpaq sahəsi, özlərinə məxsus bir minik maşını satıblar, şirkətdə işləyənləri, Rusiya ilə əlaqəsi olanları var. Ona görə də bu evə tez-tez gəlib-gedib, plan qurub, ailələrin qılığına girərək “ana-bala”-olub.(Dələduzlar həmişə belə üsullardan istifadə edirlər). Əvvəlcə 500 manat borc pul alıb və dediyi vaxtda qaytarıb, sonra 1000 manat alıb… Belə-belə “doza”nı qaldırıb 10000 manata. De-yib ki, “tamojnadan” xarici mal keçirirəm, lazımdır. Daha sonra həmin məqsəd üçün əlavə 12000 manat alıb, bildirib ki, verməsələr əvvəl aldığı pul da batacaq. Gah ağlamış, gah yalvarmış, gah ailəsinin dağılacağını bəhanə gətirmiş, malları “tamoj-na”dan keçirən kimi bütün pulları qaytaracağını demiş, hər dəfə də bir fırıldaq işlədərək hər iki ailənin olan-qalan pulunu ələ keçirmiş və onlara külli miqdarda ziyan vurmuşdur.
    6 aydan sonra aldadıl-dıqlarını başa düşən bu ailələr onun dələduzluq əmə-lindən rayon prokuroruna şikayət etmiş və bu işə görə prokuror tərəfindən Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə (“Dələ-duzluq”) cinayət işi açıl-mışdır.
    Istintaqın gedişində bu qadın müstəntiqi də dəfələrlə aldatmağa cəhd göstərmiş və tez-tez ifadəsini dəyişərək müxtəlif bəhanələr gətirmiş , yalan ifadələr vermişdir.
    Müstəntiqin 48 saatlıq həbsindən sonra rayon proku-roru dələduz Kərimova Sevinc Sultan qızı haqqında həbs qəti imkan tədbiri seçil-məsi üçün Tərtər rayon Məhkəməsinə təqdimat gön-dərmiş, lakin, həmin məh-kəmənin hakimi Həsən Qəni- yev hansı səbəbdənsə pro-kurorun bu qanuni və haqlı təqdimatını rədd etmiş, cina-yətkar qadına haqq qazan-dıraraq onu məhkəmə salo- nundan evinə buraxmışdır. Deyirlər ki, belə hökmlər Həsən Qəniyev tərəfindən bi-rinci dəfə deyil verilir. Adam-da elə təəssürat oyanır ki, o, dələduzları, narkomanları, oğruları, ümumiyyətlə, cina-yətkarları sanki himayə edir. Həm də bu səbəbdəndir ki, cəhbə bölgəsi olan Tərtərdə kriminal vəziyyət və cəzasızlıq mühiti yaranır.
    Kələkbaz Sevinc öz yaramaz əməllərini Həsən Qəni-yevin “xeyirxahlığından” in- di də davam etdirir, əyri yollarla vətəndaşların pullarını ələ keçirir və öz kefindən qalmır. Bunlar onun nə bi- rinci, nə də sonuncu əməlləridir . O qədər insanları aldadıb, başlarına oyunlar açıb ki!..
    Onun dələduzluq əməlinə görə istintaq işi hələ davam edir.
    Bizim əlacımız bircə ona qalıb ki, deyək: “Camaat, ehtiyatlı olun! Sevinc kimi dələduzlardan özünüzü və əmlakınızı qoruyun!”

    Tofiq Yusif

    Redaksiyadan: Qarşı tərəfi dinləməyə hazırıq.

    Müəllif: Redaktor, 15:35

    Teqlər:

İsmarıclar bağlıdır.