Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatı Gənclər Birliyinin IV konfransı keçirildi. Öncə rayonun mərkəzi meydanında ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzüldü.
Konfrans öz işini rayon Gənclər Mərkəzində davam etdirdi. Tədbiri giriş sözü ilə YAP rayon təşkilatının sədri Ramiz Şabanov açdı və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Hesabat məruzəsi ilə təş- kilatın Gənclər Birliyinin sədri Yadigar Səfərov çıxış etdi.
O bidirdi ki, Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan az bir müddət keçdikdən sonra hakim, iqtidar partiyasına çevrilərək, 1993-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda dövlət quruculuğu, siyasi və iqtisadi sahələrdə radikal islahatlar həyata keçirməklə, qısa zaman kəsiyində ölkəmizin sürətli inkişafını tə-min edəcək möhkəm zəmin yaradılmasına nail oldu.
Gənclər Birliyi sıralarında birləşən Tərtər gəncləri rayonumuzun ictimai, siyasi, sosial həyatında fəal iştirak edirlər. Gənclər Birliyinin üzvlərindən 871 nəfəri qa-dın olmaqla gənclərimizin 450 nəfəri təhsil, 150 nəfəri səhiyyə, 78 nəfəri elm, mədəniyyət, incəsənət, 97 nəfəri idarəetmə, 310 nəfəri digər sahələrdə çalışır, 18 nəfəri tələbədir. 961 nəfərin ali, 364 nəfərin orta ixtisas, 152 nəfərin isə orta təhsili vardır. Gənclərdən müxtəlif idman növləri üzrə 1 nəfər dünya, 4 nəfəri isə respublika çempionudur.
Məruzə ətrafında çıxışlar oldu. Heydər Əliyev Mərkəzinin bələdçisi Samirə Səfərova, DSMF rayon şöbəsinin məsləhətçisi Anar Rüstəmov, şəhər 1 saylı tam orta məktəbin uşaq birliyinin rəhbəri Turanə Bayramlı çıxış etdilər.
Sonra konfransın gündəliyində olan təşkilati məsələyə baxıldı. Birliyin yeni şura üzvləri seçildi. Pənahov Emin Həsən oğlu Gənclər Birliyinin sədri, Hüseynova Səadət Bəhram qızı, Aslanov Natiq Zakir oğlu isə sədr müavinləri oldular. YAP Gənclər Birliyinin növbəti konfransına 3 nəfər nümayəndə seçildi.
Konfransda YAP Siyasi Şurasının üzvü, “Uki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov və rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak etdilər.
Tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.
“Yeni Terter”