Tariximizin faciəli səhifələri
Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş mərasim rayonumuzdakı Şəhidlər abidəsinin önundə keçirildi. Tədbirə rayon ictimaiyyətinin nümayəndələri toplaşmışdılar.
Öncə Tərtər «Cümə» məsçidinin axundu Hacı Sadiq soyqırım qurbanlarının ruhuna dua oxudu. Sonra onların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycanlıların soyqırımı ilə bağlı geniş və ətraflı məruzə etdi. O bildirdi ki, son iki əsrdə Qafqazda erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirimiş etnik təmizləmə və soyqırım siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Bu siyasət planlaşdırılmış senari uzrə tarix boyu mərhələlərlə davam etdirilmişdir. Bunun nəticəsində indi Ermənistan adlandırılan, lakin azərbaycanlıların minillər boyu yaşadıqları torpaqlarından didərgin salınaraq, kütləvi şəkildə qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus yaşayış məskənləri dağıdılıb viran edilmişdir.
Erməni quldur dəstələri 1918-ci ilin mart-aprel aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda 50 mindən çox azərbaycanlını qətlə yetirmiş, yüz minlərlə insanı öz dədə-baba yurdlarndan didərgin salmışlar.
Təkcə 1918-ci ilin mart hadisələri zamanı Şamaxı qəzasının 86 kəndi yandırılıb, 7 minədək insan, o cümlədən 1653 nəfər qadın, 965 nəfər uşaq güllələnib. Bakı quberniyasında 229, Gəncə quberniyasında 272, Quba qəzasında 162, İrəvan quberniyasında 211, Qarabağın dağlıq hissəsində 157 kəndi və bu yerlərdəki bütün məsçidləri, məktəbləri, qədim memarlıq abidələri məhv etmiş, əhalisini qırmışlar.
Rayon rəhbəri sonda bildirdi ki, artıq 17 ildir biz 31 martı Azərbaycanlıların Soyqırımı Günü kimi böyük urək ağrısı ilə qeyd edirik. Bu gün hamımız üçün tarixi bir görk olmalıdır və heç vaxt yadımızdan çıxmamalıdır.
Tədbirdə Tərtər Rayon Böyük Vətən Müharibəsi Veteranları Şurasının sədri İman Almuradov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Umudlu kənd tam orta məktəbinin direktoru Zabil Zeynalov çıxış edərək zaman-zaman ermənilərin azərbaycanlıların başlarına açdıqları müsübətlərdən danışdılar.
Sonda toplantı iştirakçıları abidə önünə tər gül-çiçək dəstələri düzdülər.