Rayonumuzun əhalisinin tibbi müayinəsi uğurla davam etdirilir. Rayon mərkəzi xəstəxanası baş həkiminin müalicə işləri üzrə müavini Sevda Əliyeva bu barədə məlumat verərək dedi:
Tibbi müayinənin yüksək səviyyədə təşkil edilməsi məqsədilə rayon icra hakimiyyətində komissiya yaradılıb və cədvəl tərtib olunub. Rayon-da və eləcə də kəndlərdə 78 min 717 nəfər tibbi müayinədən keçməlidir.
Tərəfimizdən 6 həkim briqadasi təşkil olunub. Həmin həkim briqadaları qaçqın və məcburi köçkünlərin kompakt yaşadıqları yerlərə, Böyük Vətən müharibəsi iştirakçılarının, (onlar 11 nəfərdi), müayinəyə gələ bilməyən qoca və yaşlı insanların evlərinə gedir, vətəndaşları müayinədən keçirirlər.
İndiyədək 47 min 944 nəfər müayinədən keçirilmişdir. Yox-lama zamanı 2981 nə fərə ambulator müalicə, 49 nəfərə stasionar müalicə yazılıb. 41 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilib. Müayinə olunmuş əhali arasında 448 nəfərdə xəstəlik ilkin olaraq aşkarlanıb. Bu iş mayın birinədək davam edəcəkdir.