Mehman Sadıqov rayonumuzun Qaradağlı kəndindəndir. 1973-cü ildə anadan olub. Kənd orta məktəbini bitirib. Sonra Gəncə Kənd Təsərrüfatı Texnikumuna daxil olub. Təhsilini başa vurmamış – 1993-cü ilin ilk aylarında torpaqlarımızın bütövlüyü uğrunda gedən müharibəyə qoşulub. O, bir müddət zenit topu üzrə baş atıcı kursu keçəndən sonra zenit-raket qrupunun komandiri təyin edilib. Bir sıra bölgələrdə – Şəmkirin Seyfəli kəndində, Göygöl, Qazax, Gədəbəy, Tərtər və digər rayonlarda uzaqvuran silahlardan istifadə qaydalarını gənc əsgərlərə öyrədib. 1997-ci ildə hərbi xidmətdən tərxis olunub.
Mehmanın atası Nəriman Sadıqov uzun müddət polis sıralarında çalışıb. Qarabağ müharibəsində döyüşüb. Hazırda həm Qarabağ müharibəsi, həm də polis veteranıdır.
Mehman ailənin tək uşağıdır. O, həyat yoldaşı Şəfəqlə birlikdə iki övlad böyüdürlər, Təbriz adlı oğlu və İlahə adlı qızları var.
Söhbət zamanı dedi ki, həyatda ən böyük arzum torpaqlarımızın sülh yolu ilə azad olunmasını görməkdir.
Müharibə başlayarsa, hər bir azərbaycanlı oğlu kimi mən də döyuşlərin ön sırasında getməyə hazıram
Əvəz Nəsirov