Qanlı-qadalı Qarabağ müharibəsi! Azğınlaşmış ermənilərin qıcanmış dişləri ilə Azərbaycanın kəsilən-çeynənən hissəsi. Ərən-ərgən oğul-larımızın səbr kasasının coşub-daş- dığı, ürəklərin Xocalı dəhşətindən, düşmənə əsir düşən torpaqlarımızın həsrətindən intiqam hissi ilə alışıb yandığı vaxt. Kaş bu vaxtın hər dəqi-qəsini, saatını çəkib dayandı-ran ilahi qüvvə olaydı. Onda oğullarımız şəhid, itkin olmazdı. O zaman yağı düşmənin üzərinə nərə çəkərək atılan cəngavərlərimiz yaralı qartala çevrilməzdilər. Heyflər olsun ki, bu günləri gördük və yaşadıq. Özü də düşünmədiyimiz, heç bir xəbərimiz olmadığı halda yaşadıq.
Onlar da döyüşə getmişdilər. İsgəndərov İlham İsgəndər oğlu, İbrahimov Nəsib Yusif oğlu, Alı-yev Zahid İb-rahim oğlu, Əh- mədov Asəf Va-hid oğlu və Hümbətov Siyavuş Qaraş oğlu, Döyüşə yollanmamışdan əvvəl doğulub boya-başa çatdıqları Husənli kəndində yaşayırdılar. Bu oğlanlar üçün Vətənin hər qarışı doğma və əziz idi. Onun müdafiəsi üçün candan keç-məyə dəyərdi, yaralanıb şikəst ya-şamaq olardı. Lakin döyüşmək, düş- mənə qan uddurmaq gərəkdi. Onlar 5 nəfər idi. Hərəsi bir istiqamətdə döyüşürdü. İlham Fizulidə, Siyavuş Kəlbəcərdə, Asəf, Zahid, Nəsib isə Ağdərə bölgəsində işğalçı ermənilərə qarşı vuruşurdular. Bu oğlanlardan təkcə Nəsib ailəli idi. Qalan 4 nəfər subaylıq-sultanlıq dövrünü ya-şayırdılar. Nə yazıq ki, erməni fitnəsi evlini ailəsinə, subayı yol gözləyən sevgilisinə qaytarmadı…
1994-cü il… Artıq torpaqlarımızın xeyli hissəsi düşmən tapdağındadır. Torpaqlarımızla bərabər əsir düşmüş insanlarımız qansızların əlində dözül- məz işgəncələrə məruz qalırlar. Qəlbi, vicdanı, qeyrəti olan hər kəs Azərbaycanı bu bəladan qurtarmağa ça-lışırdı. O cümlədən Hüsənli kəndinin mərd oğulları içərisində olan bu beş nəfər cəngavəri də. Düşmənin layiqli cavabını verməyə can atırdılar. Bəs nə oldu, onların döyüşü yarımçıq qaldı? Şəhid olmadılar, yaralanıb əlil adı qazanmadılar. İtkin düşdülər. Əziz-lərinin, doğmalarının üstünə itkin xəbərləri gəldi…
Anaların göz-ləri hələ də yollarda qalıb. Ni- garan analar intizarla «Yerəmi girdi oğlum, gö-yəmi qalxdı?!» düşünərək fəryad edirdilər. Kaş qon-şunun oğlu kimi şəhid olaydı, tabutu gələydi. Ya da şikəst qayıdaydılar. Amma itkin düşməyəydi balalarımız…
Qayıdın, itkin oğullar! Çünki gözü yolda ata-ananız, həyat yoldaşınız, sevgiliniz, doğma kəndiniz, sizə hər an qucaq açan Vətəniniz var. Qayıdın ki, üzüntülər qurtarsın. Siz gəlin ki, yurd yerlərindən müjdələr gətirəsiniz. Əsir torpaqlarımızın, insanlarımızın azad olmalarını müjdələyin. Qayıdın, itkin oğullar.
Elfuzə Vəliyeva