Cari ilin aprel ayında erməni silahlı birləşmələrinin növbəti təxribatı zamanı Tərtər şəhəri də daxil olmaqla 17 yaşayış məntəqəsində 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, qaz, işıq, su, rabitə təsərrüfatına, əhalinin malqarasına və digər əmlaklarına müxtəlif dərəcədə zərər dəymişdir. Möhtərəm Prezidentimizin diqqət və qayğısı sayəsində zərər çəkmiş yaşayış evlərinin təmir-bərpası üçün vəsait ayrılmış və bu işlərin icrasına dərhal başlandığından görülən işlər yaxın günlərdə başa çatdırılacaqdır.
-
18Avq
Müəllif: Redaktor, 12:24
Teqlər: Xəbərlər