Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 08Avq

    Optimized-kend-teserrufati-masini-kombaynKənd təsərrüfatı. Bu ilin birinci yarısında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 34 milyon 275 min manat təşkil et-mişdir. Onun 21 milyon 323 min manatı bitkiçilik məhsullarının həc-mi, 12 milyon 952 min manatı heyvandarlıq məhsullarının həcmi olmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı üzrə ümumi məhsul buraxılışının həcmi 1,7 faiz artmışdır.
    46ffc929c931cc86d2cc612c01672a2bBitkiçilik. İyulun 1-i vəziyyətinə olan məlumatlara görə 5965,6 hektar sahə-də yazlıq bitkilər əkilmişdir. İyulun 1-i vəziyyətinə 12 min 99 hektar taxıl sahəsndən 40 min 825 ton taxıl məhsulları toplanmışdır. Hər hektardan orta hesabla 33,7 sentner məhsul götürülmüşdür. Biçilmiş 7817 hektar buğda sahəsindən 29 min 178 ton buğda, 4282 hektar arpa sahəsindən 11 min 647 ton arpa məhsulu toplanmışdır. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 37,3 sentner, arpa üzrə 27,2 sentner olmuşdur.
    Mövsümün əvvəlindən bəri 627,1 ton lobya, 339,8 ton qarğıdalı, 5375 ton kartof, 10646 ton tərəvəz, 627,1 ton lobya, 1535 ton meyvə istehsal edilmişdir.
    скачанные файлыHeyvandarlıq. Kənd təsərrüfatında heyvandarlıq son il-lər daha dinamik inkişaf edir. İlkin məlumatlara görə 2016-cı ilin birinci yarısında diri çəkidə 1854,7 ton ət, 10 min 802,2 ton süd, 6 milyon 756 min ədəd yumurta istehsal edilmiş və 124,6 ton qoyun yunu qırxılmışdır. 2015-ci ilin birinci yarım ilinə nisbətən diri çəkidə ət istehsalı 27,3 ton və ya 1,5 faiz, süd istehsalı 1291,5 ton və ya 13,6 faiz, yumurta istehsalı 66 min ədəd və ya 1,0 faiz, yun istehsalı 1 ton və ya 0,8 faiz artmışdır.
    İyulun 1-i vəziyyətinə keçən ilin eyni tarixi ilə müqayisədə qaramalın sayı 1,2 faiz artaraq 26 min 606 başa, qoyun və keçilərin sayı 1,4 faiz artaraq 73 min 100 başa çatmışdır.
    Son 20 ildə ilk dəfə olaraq 2016-cı ildə rayonda 959 kiloqram barama istehsal edilmişdir.
    imagesSənaye. 2016-cı ilin yanvar-iyun ay-larında sənaye sahə-sində fəaliyyət gös-tərən təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 20,4 faiz artaraq 2 milyon 788 min manat təşkil etmişdir. Özəl bölmədə istehsalın həcmi sənaye məhsullarının ümumi həcminin 8,4 faizini təşkil etmişdir.
    94545EFD-9DEE-4220-A83B-89324304AC09_mw1024_mh1024_sTikinti. İlkin məlumata əsasən 2016-cı ilin yanvar-iyun aylarında Tərtər rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9 milyon 336,2 min manat və ya əvvəlki ilin müvafiq dövründəkindən 2,6 dəfə çox vəsait yönəldilmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 8 milyon 716,8 min manatı və ya 93,3 faizi tikinti-quraşdırma işlərinə yönəldilmişdir..
    Əsas kapitala yönəldilmiş investisiyanın 8 milyon 908,2 min manatı və ya 95,4 faizi dövlət mülkiyyətinə məxsus müəssisələr, 428 min manatı və ya 4,6 faizi qeyri-dövlət müəssisə və təşkilatlar tərəfindən yönəldil-mişdir.
    2016-cı ilin yanvar-iyun aylarında rayonda 6 milyon 45,4 min manatlıq əsas fondlar istifadəyə veril-mişdir ki, onun da 5 milyon 617,4 min manatı dövlət, 428 min manatı qeyri-dövlət mülkiyyətinə məxsusdur.
    2016-cı ilin yanvar-iyun aylarında rayonda tikinti müəssisələrinin yerinə yetirdikləri tikinti işlərinin həcmi 1 milyon 577,2 min manat təşkil etmişdir ki, bunun da 995,2 min manatı dövlət tikinti müəssisələri, 582 min manatı isə qeyri-dövlət müəssisələri tərəfindən yerinə yetirilmişdir.
    14179Nəqliyyat. 2016-cı ilin yanvar-iyun aylarında nəqliyyat müəssisələri və nəqliyyat sektorunda fəaliyyət göstərən fiziki şəxslər tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 1 milyon 131,6 min manat olmuşdur.
    2016-cı ilin birinci yarım ilində yük dövriyyəsi 44 milyon 855,4 min ton-km, sərnişin dövriyyəsi 17 mil- yon 754,3 min sərnişin-km olmuşdur.
    2043443631532aed30c95cbİnformasiya və rabitə. 2016-cı ilin yanvar-iyun aylarında rayonun in-formasiya və rabitə müəssisələri tərəfindən göstərilmiş xidmətlərin faktiki qiymətlərlə ümumi həcmi 300,6 min manat, əvvəlki ilin müvafiq dövrü illə müqayisədə 20,6 min manat və ya 7,4 faiz çox olmuşdur.
    Rabitə xidmətlərinin həcminin 252,2 min manatı və ya 83,9 faizi bilavasitə əhaliyə göstərilmişdir. 2016-cı ilin yanvar-iyun aylarında əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü illə müqayisədə 6,1 faiz artmışdır.
    TƏRTƏR RAYON STATİSTİKA İDARƏSİ

    Müəllif: Redaktor, 15:21

    Teqlər:

İsmarıclar bağlıdır.