Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28İyl

    Изображение 065Yeni Azərbaycan Partiyası Tərtər Rayon Təşkilatının qərargahında rayon təşkilatının yaradılmasının 23-cü ildönümü ilə əlaqədar təşkilatın Şura üzvləri, Gənclər Birliyi, Qadınlar Şurası, Nəzarət-Təftiş Qrupunun üzvləri, ərazi ilk partiya təşkilatı sədrləri və yerli mətbuatın nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədovun təklifi ilə tədbir iştirakçıları Ulu Öndər, partiyanın yaradıcısı Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
    Məruzə ilə çıxış edən YAP rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov qeyd edib ki, tarixi zərurətdən doğan və Ulu Öndər Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyası bu gün cənab İlham Əliyevin rəhbərliyi altında doğma Azərbaycanımızın dünya dövlətləri içərisində tutduğu layiqli mövqeyinin möhkəmləndirilməsi yolunda yorulmaz fəaliyyət göstərir.
    1993-cü il iyul ayının 25-də yaradılan YAP Tərtər Rayon Təşkilatının sıralarında hazırda 5860 nəfər partiya üzvü vardır.
    Bu gün rayon təşkilatının üzvlərinin 3047 nəfərini qadınlar, 1431 nəfərini isə gənclər təşkil edir. Cari ilin ötən dövründə partiya sıralarına 149 nəfər fəal, Heydər Əliyev ideyalarına, dövlətə və dövlətçiliyə sədaqəti ilə seçilən insanlar qəbul olunmuşdur ki, onların da 78 nəfəri və ya 51 faizi gənclər, 104 nəfəri isə qadınlardır.
    Tədbirdə rayon təşkilatı Qadınlar Şurasının sədri Xatirə Məmmədova, Ağdərə sərbəst ərazi ilk partiya təşkilatının sədri İlqar Qasımov, rayon təşkilatı nəzarət-təftiş qrupunun sədri Adil Hüseynov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, mərkəzi rayon xəstəxanası ərazi ilk partiya təşkilatının sədr müavini, həkim Pərvanə Xuduyeva, Zolgörən ərazi ilk partiya təşkilatının sədri Füzuli Hüseynov, rayon təşkilatının Şura üzvü, Tərtərçay hidroqovşağı istismarı idarəsi ərazi ilk partiya təşkilatının sədri Böyükkişi Cümşüdov çıxış ediblər. Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiya üzvlük vəsiqələri təqdim olunub.
    Yığıncağı rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov yekunlaşdırıb.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 15:27

    Teqlər:

İsmarıclar bağlıdır.