Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 11Apr

    teleqraf.com1426666512258295Elə mövzular var ki, onu yazmağa uzun zaman ürək edə bilmirsən. Qorxursan ki, bu mövzuları layiq olduğu kimi yaza bilməzsən. Məsələn, Çanaqqala, Qarabağ, Gü-ney Azərbaycan və s. Bunların için-də Çanaqqala xüsusilə fərqlənib. Ona görə ki, nə qədər şəhid versə də, türk oğlu son gücünü bütün dünyaya göstərdi. Dedi ki, türk oğ-lu son övladına qədər ölər, ac-susuz qalar, amma torpağını yadelliyə verməz. 13 yaşında getdilər cəbhəyə, əlləri silah tuta bilmirdi. Bütün ərzaq bitmişdi. Analar körpə uşağının üstündən adyalı çəkib top mərmisini bürüyürdü. Bu gün və-tənin xilası üçün top mərmisi daha vacib idi, hətta uşaqdan da… Vətən yaşamalıydı…övlad da vətənə qurban getməli idi. Birinci dünya mü-haribəsi gedişində, 1914-cü ilin 3 noyabrında müttəfiq qüvvələrin İngiltərənin, Fransanın hərbi dəniz gəmiləri Bozca adasından Ça-naqqala boğazına daxil olaraq, Osmanlı ordusuna hücum etdilər. 1915-ci ilin 17 martında admiral Robek son hücum əməliyyatına başlayır. Düşmənin 250 müasir topu, sahilboyu 10 müdafiə istehkamı qurulur. Türklərin isə cəmi 170 topu var idi. Dünyanın ən böyük dəniz savaşı başlanır.
    Martın 18-də bütün gün döyüş gedir. Axşam türk cəbhəsində vəziyyət ağır idi, minlərlə şəhid olan var idi. Bütün topçular şəhid olmuşdur, meydanda tək Seyid Çavuş qalmışdı, düşmən gəmisi boğaza yaxınlaşır. Tək bircə ədəd 275 kq ağırlığında top mərmisi qalmışdı. Onu yerdən qaldırmaq üçün bir neçə döyüşçü lazım idi. Bu vaxt Seyid Çavuş, ”Ya Allah“ deyə bağıraraq ağır mərmini var gücü ilə yerdən qaldırıb topun lüləsinə qoyur və boğaza yaxınlaşan düş-mən gəmisinə atır. Gəminin göv-dəsi dağılır və suyun dibinə enməyə başlayır. Çanaqqala savaşında atı-lan son mərmi, qanlı müharibənin taleyini həll edir. Qoca Osmanlı 250 min şəhidi (3 minə yaxın azərbaycanlı) ilə birlikdə bu tarixi qələbəni sevinclə qarşılayır. Martın 25-dən-aprelin 25-ə qədər quruda savaş oldu. Istədiyinə nail ola bilməyən İngiltərə və Fransa 1915-ci ilin dekabrın 19-20-də geri çə- kildi. Quru döyüşlərində pol-kovnik Mustafa Kamal (1881-1938) zorun, silahın gücü ilə deyil, ağlın, zəkanın, vətən sevgisinin gü-cü ilə savaşırdı. Çanaqqalaya ge-dənlər gəlmədi. Çanaqqala torpağı uddu cavanları… Çanaqqala döyü-şündə M.Kamalın bir mehmeti (əsgəri) 20 düşmən əsgərinə qarşı döyüşür… ”Mən sizə hücuma əmrini yox, ölümə əmrini verirəm.“ Ən yaşlı şəhid 24 yaşında. Mustafa Kamal Paşanın 275 kq top mərmisini qaldıran Seyid Çavuş ilə söhbəti döyüşdən sonra olub.
    Paşa Seyiddən soruşur:- Məni qaldıra bilərsən?
    Seyid deyir:–Xeyr, paşam, qaldıramam.
    Paşa:–Niyə, mən mərmidən ağı-ram?!
    Seyid:–Paşam, mərminin ağırlığı başqa, sənin ağırlığın başqa. Si-zi mən deyil, dünya belə qaldıra bilməz.
    Yazıb-oxumaq bilməyən bir əsgərin böyük fəlsəfi məntiqi düşün-cəsinə baxın. Doğrudan da, Mus- tafa Kamal Paşa Çanaqqalada sübut etdi ki, onu dünya qaldıra bilməz.
    Bu gün hər kəs bu savaşın zə-fərinin səbəbini öyrənməyə çalışır. Böyük Öndər Qazi M.K.Atatürkün dediyi bu sözlər o müqəddəs və bö-yük zəfərin səbəbini açıqlaya bilir: ”Ümiddən başqa heç nəyimiz yox idi. Düşünürsən ümid hər şeydən önəmlidir. Silah yox, maddi vəsait yox, düşmən güclü və çox, əsgər az, silahsız və ac… Olan isə sadəcə ümid…Qələbəyə, zəfərə olan ümid…Və sonsuz vətən sevgisi…İnsanın ayağı öz torpağındadır…Bu torpaq sahibinə güc verir və bu güc onu zəfərə aparır, silahsız, ac-susuz olsa belə…”
    Bu gün qardaş Türkiyədə Ça-naqqala ilə bağlı çox sayda kitablar nəşr edilir. 12 mart 1921-ci ildə Məhmət Akif Ərsoyun ”İstiqlal marşı” ilə başlayan kitabında ”Ça-naqqala şəhidləri” şeirində belə bir fikir var: Yeni dünya, Köhnə dünya, Avstraliya, Kanada–hər yerdən Ça-naqqalaya gəlmişlər. Çöhrələr baş-qa, dillər başqa, dərilər rəng-rəng, amma bir hadisə var orada–vəhşilik. Bəli, dünyanın hər yerindən Türkiyəni bölməyə, türk xalqını əsir etməyə gəlmişdilər. Amma bilsəydilər ki, türk ölər, ancaq nə torpağını verər, nə əsir olar–onda gəlməzdilər.
    Birinci Pyotrun vəsiyyətlərin-dən:”Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul ol-sun”. Napoleon Bonapartın da fikri İstanbul idi:”Dünya tək bir dövlət olsaydı, paytaxtı İstanbul olardı”. Əslində böyük sual yerində durmaqdadır: Kim İstanbulu əlində tutacaq? Türk dünyasının məşhur və qəhrəman şairi Fazil Hüsnü Dağ-larca ”Çanaqqala” dastanı şeirində yazır: ”Çanaqqala Yeni Türkiyənin ön sözüdür”. Çanaqqala savaşının 100 illiyi ərəfəsində Azərbaycanın xalq şairi Zəlimxan Yaqub ”Ça-naqqala dastanı” poemasını yazıb. Çanaqqala zəfərimizi geniş məna-da, yəni tarixi gerçəkliklərə əsasən nəzmə çəkən, zahiri və batini tərəf-ləri ilə tərənnüm edən şairin bu əsə-rinin ən böyük əhəmiyyəti isə hər- dən mürgüyə dalan yaddaşımızı oyada bilməsində, ruhumuza nüfuz etməsində, böyük birliyə səslə-məsindədir.
    Aprelin 24-də türk xalqı dövlət səviyyəsində Çanaqqala savaşının zəfərinin 100 illiyini böyük təntənə ilə bayram edəcək. Azərbaycan xalqı da böyük qardaşı ilə birlikdə olacaq. Ulu Tan-rı bu birliyi bizə çox görməsin və bu birlik doğ-ma Qarabağın azad olmasında özünü göstərsin.

    DSC_1120

    Elxan Ələkbərov,

    S.Paşayev adına Umudlu kənd tam orta məktəbinin tarix müəllim

     

    Müəllif: Redaktor, 09:02

    Teqlər:

İsmarıclar bağlıdır.