Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28İyl

    11Folklor araşdırıcılarının qənaətinə görə, sözün yaranması ilə yaranıb folklor nümunələri. Ilk folklor nümunələri olan laylalar, müxtəlif növ bayatılar, oxşamalar, sayacı sözlər məhz qadınlara aiddir. M. Seyidovun “Sözün yaranması tarixi” kitabı da bunu təsdiq edir.
    Azərbaycanın folklor tarixində Aşıq Bəsti, aşıq Nabat, aşıq Minayə, aşıq Sənəm, aşıq Pəri və başqaları olub. Aşıq Pəri XIX əsrin birinci yarısında yaşaıb. Rus şairi Adolf Berjenin yazdığına görə, 1829- cu ildə 18 yaşında Şuşaya gələn Pəri hesablamaya görə, 1811-ci ildə Cəbrayıl rayonunun Maralyan kəndində anadan olub. Deyilənə görə, bu azərbaycanlı xanım olduqca yaraşıqlı, gözəl və cazibadar olub. Pəri cox istedadlı, ağıllı, hafizəli imiş. Valideynləri onu qoca bir varlı kişiyə vermək istədiyindən o, gizlicə yolla Maralyandan qaçıb. Şuşada böyük bir ziyalı mühitlə rastlaşan qız Cəfərquluxan nəvvab, Məhəmməd bəy aşıq, Mirzəcan Mədətov, şair Adolf Berje və başqalarından mükəmməl dərs alıb. Bu iti zehinli qız, saz çalmağı, oxumağı da tezliklə mənimsəyir.
    Berjenin yazdığına görə aşıq Pəri Molla Pənah Vaqifə (1717-1798) ən böyük nəzirə yazır.
    Pəri həm də 1830-cu ildə Şuşada doğulan Xurşud Banu Natəvanın müasiri olmuşdur. Aşıq qadının çox gözəl və istedadlı olması ona çox bəlalar gətirir . O, “məclisi-üns”də də iştirak edirmiş. Aşıq Pəri çox yaşamayıb. O, təqribən 1847-48-ci illərdə ailə qurmadan Maralyana qayıdır. Elə həmin illərdə də doğma kəndində vəfat edir. Xurşud Banu Natəvan da Aşıq Pərinin istedadını vəsf edən şeirlər yazmışdır.
    Pərinin Maralyana həsr etdiyi bayatılardan:

    Mən aşıq Maralyana,
    Vurğunam Maralyana.
    Necəsən bir ah cəkəm
    Dağlarda Maral yana.

    Mən aşıq göylü Pəri,
    Qaralı göylü Pəri.
    Dünyadan kam almayan
    Torpaqdan öylü Pəri.

    Nübar Mədətli,
    Azadqaraqoyunlu kəndi

    Müəllif: Redaktor, 11:41

    Teqlər:

İsmarıclar bağlıdır.