Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05İyl

    DSC_0204(1)DSC_0044(1)BMT-nin Uşaq Fondunun (UNICEF) fövqəladə hallar üzrə rəhbəri Robert Makkarti, fövqəladə hallar üzrə mütəxəssisi Asim Rəhman, Fondun Azərbaycandakı nümayəndəliyinin yeniyetmə və gənclərlə iş üzrə mütəxəssisi Aida Aylarova Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ilə UNICEF-in birgə həyata keçirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” çərçivəsində Tərtər rayonunda səfərdə olublar.
    Tərtər Rayon İcra Hakimiyyətində keçirilən görüşdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon haqqında qonaqlara məlumat verib, cəbhə xəttində yerləşən yaşayış məntəqələri və orada yaşayan yeniyetmə və gənclərin həyat şəraiti ilə bağlı fikirlərini bölüşüb.
    Sonra BMT Uşaq Fondunun rəsmiləri və BAMF-ın təmsilçiləri rayon icra hakimiyyətində “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsində iştirak edən Tərtər, Bərdə, Goranboy rayonlarının icra hakimiyyəti rəsmiləri, Gənclər və İdman idarələrinin rəhbərləri və yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri ilə birlikdə “dəyirmi masa”da müzakirələr aparıblar. Müzakirələr zamanı cəbhə xəttində yerləşən yaşayış məntəqələrində yaşayan yeniyetmə və gənclərin təhsil almaları, asudə vaxtlarını keçirmələri ilə bağlı fikirlər səsləndirilib. İcra hakimiyyətinin nümayəndələri ilə qonaqlar yeniyetmə və gənclərin fövqəladə hallar zamanı keçirdikləri psixoloji sarsıntı və bu problemlərin həlli yollarını müzakirə ediblər.
    Sonda UNICEF-in rəsmiləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər Regional Peşə Təlim Mərkəzində Tərtər, Bərdə, Goranboy yeniyetmə və gənclərinin məşvərət şuraları ilə görüş keçiriblər. Görüşdə məşvərət şuralarının üzvləri yaşadıqları rayonlar haqqında, cəbhə xəttinə yaxın yerləşən məntəqələrdə yaşayan yeniyetmə və gənclərin təhsili ilə bağlı təqdimatlar edib və onları maraqlandıran suallarla bağlı qarşılıqlı müzakirələr aparılıb.

    Müəllif: Redaktor, 11:03

    Teqlər:

İsmarıclar bağlıdır.