Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 13İyn

    2016-cı ilin əvvəlinə Tərtər rayonunun əhalisinin sayı 725 nəfər və ya 0,7 faiz artaraq 102 min 493 nəfər olmuşdur. Bu göstəricinin ölkə əhalisinin 1,1 faizini, Yuxarı Qarabağ iqtisadi rayonunun əhalisinin 15,5 faizini təşkil edir. Əhalinin ümumi sayından 29,4 faizi şəhər, 70,6 faizi isə kənd sakinidir. Rayon əhalisinin 49,4 faizini kişilər, 50,6 faizini qadınlar təşkil edir. Hazırda 1000 kişiyə 1022 nəfər qadın düşür.
    Əhalinin yaş strukturu aşağıdakı kimidir. Əhalinin ümumi sayında 0-14 yaşda olanlar 22,5 faiz, 15-64 yaşda olanlar 66,3 faiz, 65 və yuxarı yaşda olanlar isə 11,2 faiz təşkil etmişdir. Əhalinin 26,8 faizini 14-29 yaşda olan gənclər təşkil edir.
    Rayon üzrə əhalinin orta yaşı 31 yaş təşkil edir.
    2015-ci ildə rayonda 1253 körpə və ya hər gün təxminən 3 yeni kiçik vətəndaş dünyaya gəlir. Bu göstərici ölkə üzrə doğulanların 0,8 %-ni, Yuxarı Qarabağ iqtisadi rayon üzrə doğulanların 12,5 %-ni təşkil edir. Doğulanlardan 53,9 faizini oğlanlar, 46,1 faizini isə qızlar təşkil edir. 2014-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğulanların sayı 16,4-dən 12,2-ə qədər azalmışdır. Doğulanların 14,0 faizi rəsmi nikahdan kənar doğulmuşdur.
    2015-ci ildə rayonda 541 ölüm qey-də alınmışdır ki, onlardan da 12 nəfəri 1 yaşa qədər ölən uşaqlardır. Ölənlərdən 121-i (22,4% ) şəhərdə, 420-i (77,6% ) kənd yerlərində qeydə alınmışdır. 2014-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı 6,4-dən 5,3-ə qədər azalmışdır.
    Respublikada olduğu kimi, rayonda da ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəliklərindən, yenitörə-mələrdən, tənəffüs və mədə orqanlarının xəstəliklərindən ibarətdir. Əvvəllər olduğu kimi körpə ölümünün əsas səbəbləri tənəffüs orqanlarının xəstəlikləri, perinatal dövründə əmələ gələn xəstəliklər, eləcə də yoluxucu və parazitar xəstəliklərdən ibarət olmuşdur.
    Bu il rayonda 507 nikah bağlanmış və 125 boşanma halları qeydə alınmışdır.
    Rayonda əhalinin sayına təsir edən amillərdən biri də əhalinin miqrasiyasıdır. Fərəhləndirici haldır ki, 2015-ci ildə rayonda əhalinin miqrasiya saldosu müsbət olmuşdur. 2015-ci ildə daimi yaşamağa rayona 212 nəfər gələn,199 nəfər gedən qeydə alınmışdır. Rayon üzrə miqrasiyanın müsbət saldosu +13 nəfər təşkil edir.

    Tərtər Rayon Statistika İdarəsi

    Müəllif: Redaktor, 10:29

    Teqlər:

İsmarıclar bağlıdır.