CİDDİ TƏHLÜKƏ
5 iyun 1972-ci il tarixdə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası İsveçin paytaxtı Stokholm şəhərində 5 iyunun “Ümumdünya Ətraf Mühit Günü” kimi qeyd olunmasına qərar verib.
Hər il iyunun 5-də respublikamızın hər yerində olduğu kimi Tərtər rayonunda da iməciliklər təşkil olunur, yaşıllıqlara qulluq edilir, təmizlik-abadlıq işləri görülür.
Lakin rayonumuzun əhalisi BMT-nin bu qərarının Ermənistan Respublikası tərəfindən pozulmasını, əhalimizə qarşı ekoloji təxribat aparılmasını qətiyyətlə pisləyir. Belə ki, düşmənlər tərəfindən Əskipara kəndinə atılmış fosforlu mərmi, axar sularımızla sahələrimizə axıdılan zəhərli maddələr və digər qadağan olunmuş vasitələrdən istifadə edilməsi bugünümüz və gələcəyimiz üçün ciddi təhlükə yaradır.
Ekoloji terror dinc əhaliyə qarşı yönəlmiş ən güclü təxribatdır və dünya ictimaiyyəti müharibələr zamanı bu cür vasitələrdən istifadə olunmasını qətiyyətlə pisləyir.