Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,265
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02Noy

    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, “SOY Produc-tion” şirkətinin rəhbəri, “Əməkdar artist” Dilarə xanım Əliyeva,YAP rayon təşkilatının sədri Eldar Əsədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun ailə üzvləri, idarə, müəssisə və təşkilat kollektivləri iştirak ediblər.
    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    “SOY Production” şirkətinin rəhbəri, “Əməkdar artist” Dilarə xanım Əliyeva tədbir iştirakçılarına filmin hazırlanması, ideyası və ərsəyə gəlmə prosesi haqqında məlumat verib.
    Dilarə xanım bildirib ki, bu gün Azərbaycanın qəhrəmanlıq tarixinin unudulmaz səhifələrindən birinə həsr olunmuş “Düşmənə qarşı tək” filminin nümayişi münasibətilə bir araya gəlmişik. Bu film Birinci Qarabağ müharibəsi zamanı göstərdiyi misilsiz şücaətlə xal-qımızın yaddaşında əbədi yer tutmuş Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyat və döyüş yoluna həsr olunub. Natiq Qasımovun qəhrəmanlığı Vətənə sədaqətin, cəsarətin, iradənin və mənəvi gücün parlaq nümunəsidir. Onun adı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutur. Belə qəhrəmanların həyat yolunun öyrənilməsi, onların şücaətinin gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur. Bu baxımdan, “Düşmənə qarşı tək” filminin ərsəyə gəlməsi və tamaşaçılara təqdim olunması mühüm əhəmiyyət daşıyır. Müasir texnologiyaların imkanlarından istifadə edilməklə hazırlanmış bu ekran əsəri tarixi yaddaşımızın qorunmasına, milli qəhrəmanlarımızın tanıdılmasına və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə xidmət edir.
    Filmin ssenari müəllifi süni intellekt üzrə mütəxəssisi Sarvan Hüseyn və redaktoru Fariz Əliyev, eləcə də ekran əsərinin hazırlanmasında əməyi olan digər yaradıcı şəxslər bu mühüm layihənin həyata keçirilməsində iştirak ediblər. Onların əməyinin nəticəsi olan bu film qəhrəmanımızın şücaətini müasir kino imkanları vasitəsilə tamaşaçılara çatdırır.
    Dilarə xanım onu da qeyd edib ki, Natiq Qasımov vaxtı ilə kinomexanik işləyib, özü film nümayiş etdirib. Bu gün biz onun Birinci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlığa həsr edilmiş film nümayiş etdiririk.
    Sonra Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qardaşı Nofəl Qasımov çıxış edərək, şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, filmin yaradıcı heyətinə öz minnətdarlığını bildirib. Qardaşı əsir götürüldükdən sonra onun sonrakı taleyindən xəbər olmadığını bildirib. Qeyd edib ki, inanırıq ki, tezliklə Natiqin də ziyarət edilməyə məzarı olacaq.
    Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qəh-rəmanlığına həsr olunmuş “Düşmənə qarşı tək” filmi nümayiş olunub.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, bil-dirib ki, bu gün biz Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən təsirli və ağrılı səhifələrindən birini əks etdirən “Düşmənə qarşı tək” filmi ətrafında bir araya gəlmişik. Filmin bizim rayonda, tərtərlilərlə birlikdə baxışı bizi qürurlandırır. Çünki Tərtər şəhəri 2-ci Dünya müharibəsindən sonra Avropanın ən çox bomba və raket hücumuna məruz qalan şəhəridir. Dövlət rəsmiləri bizim rayonu erməni nasizminə qarşı Azərbaycanın Stalinqradı adlandırıb.Tərtərlilər Birinci Qarabağ müharibəsində də, 44 günlük Vətən müharibəsində də böyük dözüm, dəyanət nümayiş etdiriblər. Bizim körpələr top-tüfəng səsləri altında böyüyüblər, ona görə də müha-ribənin nə olduğunu daha yaxşı bilirlər.
    Bu ekran əsəri təkcə bir qəhrəmanın döyüş yolunu canlandırmır, həm də Vətən sevgisinin, insanlıq borcunun, mənəvi gücün və sarsılmaz iradənin nəyə qadir olduğunu nümayiş etdirir.
    Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun həyat və döyüş yolu xalqımızın yaddaşında xüsusi yer tutur.
    “Düşmənə qarşı tək” filminin ərsəyə gəlməsi bu tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm mədəni hadisədir. Süni intellekt texnologiyalarının imkanlarından istifadə etməklə belə bir ekran əsərinin hazırlanması tarixi hadisələrin yeni təqdimat vasitələri ilə tamaşaçılara çatdırılmasına nümunədir. Texnologiya dəyişə bilər, zaman dəyişə bilər, lakin qəhrəmanlıq nümunələrinin mənəvi dəyəri dəyişməz qalır.
    Fürsətdən istifadə edərək, bu mühüm layihənin həyata keçirilməsində əməyi olan yaradıcı heyətin üzvlərinə xüsusi təşəkkürümü bildirmək istəyirəm.
    Sonra rayon rəhbəri “SOY Production” şirkətinin rəhbəri, “Əməkdar artist” Dilarə xanım Əliyevaya və filmin yaradıcı heyətinin üzvlərinə rayon icra hakimiyyəti tərəfindən təşək-kürnamə və hədiyyə təqdim edib və xatirə şəkilləri çəkilib.

     

    Müəllif: Redaktor, 08:48

İsmarıclar bağlıdır.