Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,232
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Okt

    Çətin və şərəfli peşə sahibləri

    Tərtər Rayon Prokurorluğunun kollektivi Prokurorluq İşçilərinin Peşə Bayramı Gününü və milli prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünü geniş şəkildə qeyd ediblər.
    Bu münasibətlə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə və məhkəmə orqanlarının rəhbərləri, rayon prokurorluğunun əməkdaşları ilə birlikdə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsinin önünə gül dəstələri düzüblər.
    Daha sonra tədbir rayon icra hakimiyyətinin zalında davam etdirilib.
    Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın suverenliyi uğ-runda canlarından keçmiş şəhidlərin və dünyasını dəyişmiş prokurorluq işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov prokurorluq işçilərini peşə bayramları münasibəti ilə təbrik edib, işlərində uğurlar arzulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyevin hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü kimi qeyd edilməsinə dair imzaladığı 17 iyul 1998-ci il tarixli Sərəncamı bu əlamətdar tarixi əbədiləşdirməklə, reallığı bərpa etmiş və prokurorluğun demokratik və hüquqi cəmiyyətdə statusu məsələsinə dövlət səviyyəsində münasibət bildirmişdir.
    Ölkəmizdə prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır. Cüm-huriyyətin süqutundan sonra müstəqil dövlət orqanları ilə yanaşı, prokurorluq və istintaq orqanları da ləğv edilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1922-ci il 11 iyul tarixli “Azərbaycan SSR-in dövlət prokurorluğu haqqında” dekreti ilə Azərbaycanda sovet prokurorluğunun əsası qoyulub. Dövlət müstəqilliyinin bərpasından və 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra prokurorluq orqanlarının da fəaliyyətində yeni dövr başlanıb.
    Müstəqil Azərbaycanın 1995-ci ildə qəbul edilən Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanıyıb. Həmin statusa uyğun olaraq, “Prokurorluq haqqında” 1999-cu il 7 dekabr tarixli Qanunla prokurorluğun fəaliyyətinin istiqamətləri tam müəyyənləşdirilib. 2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Kons-titusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilib.
    Azərbaycan Prokurorluğunun beynəlxalq standartlara uyğun dövlət təsisatı kimi formalaşması Ulu Öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli varisi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar nəticəsində mümkün olub. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran Prezident İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasəti öz bəhrəsini verib. Dövlət başçısının siyasi iradəsinə müvafiq olaraq, prokurorluğun kadr korpusunun şəffaf prosedurlar əsasında yenilənməsi istiqamətində məqsədyönlü addımlar atılıb.
    Sonra rayon prokuroru, Baş ədliyyə müşaviri Fuad Məmmədov, Tərtər hərbi prokurorunun müavini, ədliyyə mayoru Süleyman Yusifov, rayon polis şöbəsinin rəisi, polkovnik-leytenant Rüfət Məmmədov çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışıblar. Qeyd olunub ki, çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir.
    Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən bir qrup prokurorluq orqanının əməkdaşına Fəxri Fərman təqdim olundu.

    Müəllif: Redaktor, 10:21

İsmarıclar bağlıdır.