Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Beynəlxalq Ahıllar Günündə rayonun Zolgörən kəndinin ağsaqqalı Nəbi Ələkbərovu 70 illik yubileyi münasibətilə evində ziyarət edib.
Səmimi görüş zamanı yubilyarı əlamətdar yaşı münasibətilə təbrik edən rayon rəhbəri ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və firavan həyat arzulayıb.
Qeyd olunub ki, xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılmasında, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların mühüm rolu vardır.
İcra başçısı Nəbi Ələkbərovun həyat yolunun, ictimai fəaliyyətinin və cəmiyyətimizə verdiyi töhfələrin təqdirəlayiq olduğunu bildirərək, ona bundan sonrakı həyatında da uğurlar arzulayıb.
Qeyd edək ki, ağsaqqalın əmək fəaliyyəti Bölgə Təcrübə Stansiyası ilə bağlı olub. O, uzun illər həm də stansiyada ilk həmkarlar təşkilatının sədri kimi ictimai vəzifə daşıyıb.
Öz növbəsində yubilyar göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib, rayon rəhbəri ilə səmimi söhbət edib.
Görüş xoş arzular və xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
-
07Okt
Müəllif: Redaktor, 09:57

