Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,211
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 25Sen

    27 Sentyabr – Anım Günü ilə əlaqədar Tərtər rayon Heydər Əliyev Mərkəzi və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Anırıq, Yaşadırıq, Unutmarıq” adlı tədbir keçirilib.

    Tədbirdə Tərtər Peşə Məktəbinin kollektivi və şəhid ailələri iştirak ediblər.

    Tədbir zamanı 27 Sentyabr – Anım Gününün tarixi əhəmiyyəti, Vətən müharibəsində xalqımızın göstərdiyi həmrəylik və şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu barədə məlumat verilib.

    Tədbirdə şəhid anaları çıxış edərək öz övladları haqqında danışıb, onların həyatından, Vətənə sevgisindən, keçdikləri döyüş yolundan və göstərdikləri qəhrəmanlıqdan söz açıblar. Şəhid anaları övladlarının xatirəsinin daim qəlblərdə yaşayacağını bildirərək, onların Vətən uğrunda göstərdikləri fədakarlıqla fəxr etdiklərini vurğulayıblar.

    Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclər İş Sektorunun müdiri Orxan Fəxrəddinov çıxışında 27 Sentyabr – Anım Gününün xalqımızın yaddaşında xüsusi yer tutduğunu qeyd edib, şəhidlərimizin əziz xatirəsinin daim ehtiramla yad edildiyini bildirib.

    Tərtər Peşə Məktəbinin psixoloqu Altunə Bayramova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğının, şəhidlərimizin həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılmasının əhəmiyyətindən danışıb.

    Sonda Tərtər rayon Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova çıxış edib. O, 27 Sentyabr – Anım Gününün şəhidlərimizin əziz xatirəsinə ehtiramın ifadəsi olduğunu bildirərək, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.

    Səlimə Yusibova, həmçinin Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısından bəhs edərək, onların sosial müdafiəsinin gücləndirilməsi və rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. O, şəhid ailələrinin daim diqqət və qayğı ilə əhatə olunmasının vacibliyini vurğulayıb.

    Tədbirin sonunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

    Şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və sonsuz minnətdarlıqla yad edirik.

    Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     

    Müəllif: Redaktor, 08:49

İsmarıclar bağlıdır.