Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,175
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Sen

    Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov   Dövlət Təhlükəsizlik Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Rəşad Nadirov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, rayon polis şöbəsinin qərərgah rəisi Ruslan Allahverdiyevlə birlikdə Birinci Qarabağ müharibəsi şəhidi Qurbanov Knyaz Cümşüd  oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

    Qeyd edək ki, şəhid Qurbanov Knyaz 1956-cı il fevral ayının 26-da Tərtər rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1973-cü ildə Seydimli kənd orta məktəbini bitirmişdir. 96 №-li Texniki Peşə məktəbində traktorçuluq ixtisasına yiyələnmişdir. Qarabağ uğrunda müharibə başlanan vaxt 47 №-li Səyyar Mexanikləşdirilmiş Dəstədə işləyirdi. Erməni təcavüzkarlarının torpaqlarımızda törətdikləri vəhşiliklərə dözməyərək qisas almaq arzusu ilə könüllü olaraq “Tərtər özününmüdafiə batalyonu”na daxil olmuşdu. 1992-ci il aprel ayının 10-da erməni faşistlərinin Marquşavan kəndindən təmizlənməsi uğrunda gedən döyüşdə batalyonun toplarının düşmən mövqeyində qalmaması üçün idarə etdiyi maşınla onları geriyə çıxararkən düşmənin atdığı güllədən şəhidlik zirvəsinə qovuşmuşdur. Ailəli idi. Elşən, Rövşən, Rahib adlarında üç oğlu, Gülşən adında qızı yadigar qalıb.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 09:43

İsmarıclar bağlıdır.