Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,136
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Avq

    Prezident İlham Əliyev 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri zamanı mətbuata bəyanat verib. Ölkə başçısı bildirib ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə – həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.
    Qeyd olunub ki, Azərbaycan-Qırğız İnvestisiya Fondunun büdcəsi 200 milyon dollara qədər artırılıb.
    Ağdam bölgəsində Manasın adını daşıyan məktəb qardaşlığımızın daha bir rəmzidir.
    Prezident həmçinin Qarabağın bərpasına göstərilən kömək üçün dərin minnətdarlığını ifadə edib. Bildirib ki, bu, Qırğız xalqının 30 il ərzində işğaldan zərər çəkən Qarabağın bərpası işinə böyük töhfəsi oldu.
    Ölkə başçısı deyib:
    – Bizi tarix, mədəniyyət, xalqla-rımızın görkəmli nümayəndələrinə hörmət ilə bağlı çox şey birləşdirir. Biz Sizinlə, həmçinin Ba-kıda Çingiz Aytmatovun abidəsini və onun adını daşıyan parkın açılışını etdik. Bu yerlər, həmçinin Çingiz Aytmatovun həyatı və fəaliyyəti ilə bağlıdır. Bu gün görüş keçirdiyimiz ev də onunla bağlıdır və divarlarda onun portreti var. Bütün bunlar bizim bir-birimizə yaxınlaşmaq səylərimizi nümayiş etdirir.
    Bir neçə il əvvəl Sizinlə birlikdə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluğu parkının açılışını da unutmayacağam. Bu park da bir-gə əməkdaşlığımızın paytaxtdakı kiçik guşəsidir.
    Bu gün bizim danışdığımız humanitar əlaqələr– Qırğızıstanda Azərbaycanın, Azərbaycanda isə Qırğızıstanın Mədəniyyət Günləri müsbət abhava yaradır, ortaq köklərə malik və bir neçə beynəlxalq strukturda birləşmiş xalqlarımızın necə yaxın olduğunu bir daha nümayiş etdirir.
    Prezident İlham Əliyev Qırğı-zıstan Respublikasının Prezidentinə, Mərkəzi Asiya ölkələrinin digər prezidentlərinə Azərbayca-nın Mərkəzi Asiya Məşvərət görüşlərinə tamhüquqlu üzv qəbul olunmasına görə təşəkkürünü bildirib.
    Prezident İlham Əliyev Qırğız Respublikasının ali dövlət mükafatı – 1-ci dərəcəli “Manas” ordeni ilə təltif olunub.
    Eyni zamanda Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Azərbaycanın ən yüksək dövlət təltifi – “Heydər Əliyev” ordeni ilə təltif olunub.

     

    Müəllif: Redaktor, 10:08

İsmarıclar bağlıdır.