Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,136
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Avq

    Yarımçıq ömrün 37-ci baharı

    Avqustun 4-ündə Aprel döyüşləri iştirakçısı, şəhid gizir Nicat İsgəndərovun 37 yaşı tamam oldu.
    İllər bir-birini sürətlə əvəz edir, uşaqlar böyüyür, yaşlılar daha da qocalır, Nicat isə xatirələrimizdə elə beləcə yaşayır– gənc, həyat eşqi ilə dolu, xeyirxah, vətənpərvər, igid bir oğul kimi. Bu illər ərzində nə qədər göz yaşı axıdıb Maya ana, Bəhruz ata.
    Bu barədə Bəhruz ata deyir:
    – 2020-ci ildə Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin dilindən torpaqlarımızın yağı düş-məndən azad edilməsi, 44 günlük Vətən müharibəsinin Qələbəmizlə başa çatması xəbərini eşidəndə, ilk dəfə olaraq sevinc göz yaşlarımızı saxlaya bilmədik. Bu qələbə ilə Nicatın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən hər bir şəhidimizin arzuları gerçəkləşdi. Təsəllimiz budur ki, ölkəmizdə sülh və əmin-amanlıqdır. Öz siyasətilə bu sülhü təmin edən Prezident İlham Əliyevə cansağlığı arzulayır, şəhidlərimizə Allahdan rəhmət diləyirəm.
    Aprel döyüşləri şəhidi gizir Nicat İsgəndərov 1989-cu il avqustun 4-də Tərtər şəhərində anadan olub. Füzuli istiqamətində Lələtəpə uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
    Həqiqi hərbi xidməti bitirdikdən sonra gizirlik məktəbini oxuyub, Füzuli rayonu ərazisindəki cəbhə xəttində xidmət edib.
    2016-cı ilin aprel ayında erməni təxribatının qarşısını alarkən döyüşlərdə şəhid olub.
    Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub.
    Tərtər şəhərinin küçələrindən biri Nicat İsgəndərovun adını daşıyır.
    Yaşadığı evin qarşısına barelyefi vurulub.
    Ruhun şad olsun, elimizin igid oğlu!

    “Yeni Tərtər”

     

    Müəllif: Redaktor, 09:25

İsmarıclar bağlıdır.