Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,136
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 06Avq

    Tərtər cəbhəsinin azyaşlı igidi

    Tarix kitablarında Birinci və İkinci Dünya müharibələri haqqında kifayət qədər məlumatlar vardır. Döyüşlərin başvermə səbəbləri, amilləri, döyüşdə iştirak edən hərbi və mülki qüvvələr, insan sayları və s. Bunların arasında hər zaman azyaşlı döyüşçülər haqqında yazılanlar diqqəti daha çox cəlb edir. Birinci Dünya müharibəsi ərəfəsində, 1915-1916-cı illərdə bir neçə dövlət (Böyük Britaniya, Fransa, Avstraliya, Yeni Zenlandiya və s., dənizdən də Rusiya imperiya qoşunları onlara dəstək verirdi) birləşərək o zamankı Osmanlı imperiyasına hücum etmişdi. Hər iki cəbhənin itkiləri saysız-hesabsız idi. Tarix bizə məlumat verir ki bu ağır döyüşlərə türklər tərəfindən hətta məktəblilər yollanırdılar, əlbəttə, könüllü olaraq. Çox kədərli bir faktı göstərmək olar ki, o zaman Türkiyədə tələbə və şagirdlər (13-17 yaşarası) o qədər kütləvi şəhid oldular ki, həmin illərdə bəzi məktəblər, məsələn, İstanbul, Bursa liseyləri heç bir nəfər də olsun məzun verə bilmədi.
    İkinci Dünya müharibəsində də azyaşlıların cəbhələrdə, döyüşlərdə iştirak etmələri və həlak olmaları qeydlərdən keçir. Uşaqlar və yeniyetmələr nizami qoşun hissələrinə və partizan hərəkatlarına qoşularaq düşmənlərə qarşı mübarizə aparıblar. Və bu siyahıya Azərbaycanın öz haqq işi uğrunda döyüşündə azyaşlı oğullarımzın da fədakarlığını fəxrlə əlavə etmək olar. Məkrli qonşularımızın 1988-ci ildən bizə qarşı başladığı əsassız torpaq iddiaları, nəhayət, qanlı döyüşlərlə nəticələndi. Böyüklərlə yanaşı azyaşlı yeniyetmələrdən də bu döyüşlərə qatılanlar oldu. Misal üçün, Gəncə şəhərindən olan “Qəqəni” ləqəbli 22.03.1977-ci il doğumlu Dəmirov Razim həyatdadır. 24 yaşını səngərdə qeyd edib. Yevlax rayonundan olan 28.01.-1978-ci il doğumlu 14 yaşlı Şərifov Rahib həyatdadır. 09.06.1977 təvəllüdlü “Tiqana” ləqəbli şəhid Samir Əliyevi (şəhid olduğu gün 15.08.1993) misal çəkmək olar. O, Cəbrayıl rayonundan idi.
    Və bu siyahıya Tərtər rayonundan olan (Seydimli kəndi) 10.03.1978-ci il təvəllüdlü Hacıyev Siyavuş Vaqif oğlunu da əlavə etmək olar. O, Ukraynanın Zaporojye vilayətində anadan olmuşdur. Təqribən müharibə başlayan illərdə öz kəndlərinə qayıtmışlar. Yeniyetmə yaşında olan Siyavuş kəndin klubunda yerləşən döyüşçülərə qoşularaq cəbhəyə yollanmışdır. Baxmayaraq ki, onu bu fikrindən çəkindirməyə çalışmışlar. Şahidlər deyirlər ki, 15 yaşlı bu gənc qorxu bilmədən döyüşçülərimizə qumbara, patron, ərzaq daşıyırdı. Siyavuşun sinif yoldaşı və Vətən müharibəsi şəhidi Yaqub Qəhrəmanlının dayısı Mehman deyir ki, Siyavuş çox dəcəl, bir yerdə qalmayan uşaq idi. Sinifdə hamımızın sevimlisydi o. Müəllimlərimiz də onun xətrini çox istəyirdilər. Çox heyf, müharibələrə lənət olsun! 03.06.1993-cü ildə düşmən mərmisindən Talış kəndi istiqamətində ağır yaralanan Siyavuş 15 yaşında şəhadətə ucaldı. Qəbri Seydimli kənd qəbiristanlığındadır. Ruhu şad olsun!

    Saleh Ədilov

    Müəllif: Redaktor, 08:52

İsmarıclar bağlıdır.