Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,096
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29İyn

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Yuxarı Qapanlı kəndində şəhid Rüstəm Hacıyevin atası Firqani Hacıyevi 50 illik yubileyi münasibəti ilə yaşadığı ünvanda ziyarət edərək, onu təbrik edib, şəhid ailəsinin qayğıları ilə maraqlanıb.

    İcra başçısı bütün şəhid valdeyinlərinin baş tacımız olduğunu bildirib. Şəhid atasına rayon icra hakimiyyəti tərəfindən təşəkkürnamə, şəhid anasına isə gül dəstəsi təqdim edib.

    O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun şəhidlərin qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.

    Qeyd edək ki, Rüstəm Hacıyev 1999-cu ilin sentyabr ayının 22-də Tərtər rayonunun Yuxarı Qapanlı kəndində anadan olmuşdur.

    Azərbaycan Ordusunun əsgəri olan Hacıyev Rüstəm 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 29-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonu Yuxarı Qapanlı kəndində dəfn olunub.

    Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Hərbi xidmətlərə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

    Şəhidin ailə üzvləri şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

     

    Müəllif: Redaktor, 09:18

İsmarıclar bağlıdır.