34 ildir ki Hacıqərvənd kəndinin sakini, Birinci Qarabağ Müharibəsində itkin düşmüş Kəmaləddin Alışovun atası Əhəd kişinin gözləri yoldadır. Oğul həsrəti atanın belini büksə də, ümidini itirməyib, vüqari sınmayıb. Ona görə ki, ailə tək deyil. Tərtər Rayon İcra Ha-kimiyytinin başçısı Müstəqim Məmmədov ictimaiyyət nümayəndələri ilə birlikdə onların yanında olur, qayğıları ilə maraqlanır, vətən üçün dəyərli, igid övlad böyütdükləri üçün təşəkkür edirlər.
Bu günlərdə şəhid atasının 90 yaşı tamam olub. Bu əlamətdar gündə rayon rəhbəri digər qonaqlarla birlikdə ailəni ziyarət edib. Görüşdə Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Rasim Süleymanov da iştirak edib.
Qeyd olunub ki, şəhid Alışov Kəmaləddin Əhəd oğlu 24 oktyabr 1973-cü ildə Tərtər rayonunun Hacıqərvənd kəndində anadan olub. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan sonra doğma kəndlərində M.F.Axundov adına kolxozda əmək fəaliyyətinə baş-layıb. 1992-ci ilin avqust ayında Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılan Kəmaləddin Alışov 701 saylı hərbi hissənin tərkibində Kəlbəcər bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə fəal iştirak edib və 2 aprel 1993-cü ildə Kəlbəcər uğrunda gedən şiddətli döyüşlərdə itkin düşüb. Şəhid subay idi.
Şəhid atası söyləyib ki, onun yubileyinin unudulmaması, burada hörmətli qonaqların iştirakı oğlunun əbədiyaşar olduğunun sübutudur. Əhəd Alışov şəhid ailələrinə göstərilən böyük qayığıya görə təşəkkürünü bildirib.
* * *
İlqar Salmanlı Vətən müharibəsində torpaqlarımızın azad olunmasında rəşadətlə döyüşüb və sağlamlığını itirib. 2-ci qrup əlildir. Rayonumuzun Bala Kəngərli kəndində yaşayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən İlqar Salmanlı “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Keçmiş döyüşçü deyir ki, ailəsinin bir problemi, qayğısı olanda, uzağa getmək lazım deyil. Rayon rəhbəri kəndə hər gəlişində onu ziyarət edib, dolanışığı, çətinlikləri ilə maraqlanır. Elə bu yaxınlarda icra başçısı Müstəqim Məmmədov və hüquq-mühafizə orqanları-nın rəhbərlərilə birlikdə onun ailəsində olublar.
Səmimi söhbət zamanı İlqar Salmanlı qayğılarından danışıb. O, həmçinin bildirib ki, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərini diqqətlə izləyir və böyük qürur hissi keçirir. İgid oğulların qanına boyanmış həmin torpaqların hər qarışı müqəddəsdir.
Bu gün şəhid ailələrinin və qazilərin unudulmaması, onların sosial qayğılarının öyrənilib həll edilməsi istiqamətində dövlətimizin həyata keçirdiyi tədbirlərə Tərtər rayonunda həssaslıqla yanaşırlar.
* * *
“
Siz Elvinlə haqqlı olaraq fəxr edə bilərsiniz!” Vətən müharibəsi qazisi Elvin Cəfərlinin toy şənliyində yaxınlarına gözaydınlığı verənlərin hamısı bu sözləri deyirdilər.
O, qürurumuz, fəxrimiz olan minlərlə Aərbaycan oğullarından biridir.
“N” saylı hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elvin Cəfərli Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşan istiqamətlərində gedən ağır döyüşlərdə mərdliklə iştirak edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliye-vin müvafiq Sərəncamları ilə “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları, həmçinin Azərbaycan Respublikasının Baş nazirinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
Onun toy şənliyində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov yeni ailə quran gəncləri təbrik edərək, dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazi və veteranlara göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib. İcra başçısı vurğulayıb ki, möhtərəm Prezident tərəfindən bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həlli bir nömrəli vəzifə kimi müəyyən edilib və bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət dövlət siyasətinin ən mühüm prioritetlərindəndir.
Sonra Milli Məclisin deputatı Anar Məmmədov və YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara gələcək həyatlarında uğurlar, xoşbəxtlik və firavanlıq arzulayıb, qazimizin valideynlərinə gözaydınlığı veriblər.
Vətən müharibəsi əlili Elvin Cəfərli onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirib.
* * *
Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədovla birlikdə Poladlı kəndində mülki şəhidlər Xaliq və Elşən Abbasov qardaşlarının ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Görüşdə Vətən müharibəsi qazisi “Azərbaycan Bayrağı” ordenli Salahov Elnurun atası Elbrus Salahov da iştirak edib.

