Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 6,072
Saytda ismarıcların sayı - 0
Arxiv
-
08İyn
Hüseyn Arif boşluğu
Niyə tək yaranıb, niyə, bilmədim,
Tay tapıb yanaşı qoya bilmədim.
İllərlə oxudum doya bilmədim,
Heyranam, heyranlıq tərif deyil ki. |
Əsil örnəkləri nəsillər anar,
Nə yaddaş unudar, nə tarix danar.
Hərə öz mülkünü gülüstan sanar,
Açılan hər çiçək zərif deyil ki. |
|
O, təbi bulağın gözü bilirdi,
Ölməzlik ünvanı-sözü bilirdi.
Xalqın şairiydi, özü bilirdi,
Oxucu sərrafdı, hərif deyil ki. |
Şair bol, şeirin “bazarı” çoxdu,
Talıb da “yoluxub”, azarı çoxdu.
Hüseyn adlı da yazarı çoxdu,
Təpərdə Hüseyn Arif deyil ki.
Talıb Məmmədli
|
Müəllif: Redaktor, 11:03