Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,051
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May

    Əhalinin məşğulluğunun təmin
    edilməsində sahibkarlığın rolu

    Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyev haqqında deyib: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir”
    Ölkəmizdə sahibkarlığın dinamik inkişafının təməlində də Heydər Əliyev ideyaları dayanır.
    “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” prinsipinə əsaslanan Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində bir ictimai-iqtisadi sistemdən digərinə, iflasa uğramış sosializmdən bazar iqtisadiyyatı normalarına və çoxmülkiyyətçiliyə əsaslanan sistemə keçid təmin edilib. Xüsusi mülkiyyətə geniş meydan açılması, sənaye və xidmət müəssisələrinin özəlləşdirilməsi, aqrar islahatlar və digər çox çətin vəzifələrin yerinə yetirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.
    “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur” deyən Heydər Əliyev ölkənin gələcək iqtisadi inkişafının məhz özəl sektorla bağlı olduğunu vurğulayırdı.
    Ölkəmizin qarşısında duran mühüm vəzifələrdən biri də əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi, həssas qruplara aid əhaliyə qayğı və diqqətin artırılmasıdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə bu sahəyə aid 60-dan çox sənəd imzalanıb. Hal-hazırda həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Əhalinin sosial rufahının təminatı məqsədilə Tərtər rayonunda da məqsədyönlü işlər aparılır.
    Belə ki, Tərtər Rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Tərtər şəhərində 16 işəgötürənin iştirakı ilə işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin edilməsi məqsədilə növbəti “Əmək yarmarkası” keçirilmişdir.
    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının müdiri Babək Tağıyev iştirak ediblər. Rəsmi qonaqlar yarmarkaya qatılan sakinlərlə görüşüb, onların müraciətləri və qayğıları ilə yaxından maraqlanıblar. Rayon rəhbəri və filial müdiri vakansiyaların təqdim olunma prosesini və yarmarkanın dinamikasını izləyərək, işəgötürənlərlə namizədlər arasında birbaşa ünsiyyətin əhəmiyyətini vurğulayıblar.
    İşəgötürənlər tərəfindən mövcud vakansiyalar barədə ətraflı məlumat verilmiş, işsiz və işaxtaran vətəndaşlara ümumilikdə 104 vakant iş yeri təqdim olunmuşdur.
    Filial tərəfindən təqdim olunmuş vakansiyalar təhlil edilərək Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Əmək və Məşğulluq Alt Sistemində işsiz və işaxtaran şəxs kimi qeydiyyatda olan 209 vətəndaşla iş aparılmış, uyğun namizədlər tədbirə cəlb edilmişdir. Cəlb olunan şəxslər arasında müharibə iştirakçıları, qazilər və sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşlar da yer almışdır.
    Yarmarka zamanı vakansiyalara müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilmiş, uyğun namizədlər növbəti mərhələyə dəvət olunmuşlar.

    Ağamoğlan İsmayılov,
    Dövlət Məşğulluq Agentliyinin Qaarbağ

    Regional Məşğulluq filialı-nın Tərtər Xidmət Şöbəsinin
    müdiri

    Müəllif: Redaktor, 10:24

İsmarıclar bağlıdır.