Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,030
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05May

    ONUN ARZUSU AZƏRBAYCAN GƏNCLİYİNİ
    SAVADLI, VƏTƏNPƏRVƏR VƏ XOŞBƏXT GÖRMƏK İDİ

    Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyev deyib: “Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir”.
    Uğurla inkişaf edən, Şanlı Zəfər qazanan, övladları sülh və əmin-amanlıq şəraitində yaşayan suveren, müstəqil bir ölkənin gənci olaraq, bu xoşbəxt həyatı bizə bəxş edən Ümummilli Liderimiz haqqında danışmaq, onun keçdiyi ömür yolunun səhifələrini vərəqləmək olduqca qürurverici və məsuliyyətlidir.
    Ulu Öndər Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu Əlirza Əliyevin ailəsində dünyaya gəlib. O zaman hələ heç kim bilmirdi ki, bu körpə əbədi bir günəş olaraq Azərbaycanın səmasında parlayacaq və xalqımızı xoşbəxt gələcəyə aparacaq. Onun fitri istedadı, bilikləri qavramaq bacarığı, insanlarla ünsiyyət qurmaq xüsusiyyəti, zəhmətsevərliyi hələ məktəb illərindən özünü göstərib. Özü də bu istedad yazlnız bir sahə üzrə deyildi. Vaxtilə təhsil aldığı Naxçıvan Pedaqoji Texni-kumunda, sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil aldığı illərdə müəllimləri və tələbə yoldaşları gənc Heydərin bacarıqlarına heyran olurdular. O, teatr tamaşalarında iştirak edir, dərslərini əla oxuyur, eyni zamanda sadəliyi, səmimiliyi, nizam-intizamı ilə yoldaşlarına nümunə göstərilirdi. Zaman keçsə də, dövr dəyişə də, Ümummilli Liderimizin həyatı barədə əldə etdiyimiz biliklər, faktlar biz gənclərin dünyagörüşünün formalaşmasında, Vətənimizə sədaqət ruhunda böyüməyimizdə müstəsna rol oynayacaq.
    Böyük Vətən müharibəsinin başlaması nəticəsində Heydər Əliyev Sənaye İnstitutunda təhsilini yarımçıq qoymuş və əmək fəaliyyətinə başlamışdır.
    O, 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə çalışmış, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Heydər Əliyev Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsi almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
    Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi illəri iki dövrə bölsək də, əslində onun həyatının hər bir günü xalqının xoşbəxt gələcəyini qurmaq ideyasına həsr edilib.
    Hələ təhlükəsizlik orqanlarında çalışdığı zaman, Sovet rejiminin yaratdığı ma-neələrə baxmayaraq, Heydər Əliyev milli kadrların yetişməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına böyük önəm verirdi.
    Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunda 46 yaşlı Heydər Əliyev Azərbaycan KP MK-nın katibi seçilərək, 1982-ci ilə qədər Azərbaycan SSR-ə rəhbərlik edib.
    O dövrdə Azərbaycan Sovet İttifaqının geridə qalmış respublikalarından biri he-sab edilirdi. Halbuki bizim kifayət qədər yeraltı və yerüstü sərvətlərimiz, məhsuldar torpaqlarımız, zəngin təbiətimiz və zəhmətsevər insanlarımız vardı.
    Azərbaycanın bütün bölgələri mənim üçün doğma və əzizdir, ancaq həmin illərdə ölkəmizdə kənd təsərrüfatının, sənayenin inkişafını Tərtər rayonunun timsalında araşdırmağı qərara aldım. Nəyə görə məhz qəhrəman Tərtərimizi seçdim? Çünki bu qəhrəman şəhərdə doğulmuşam, təhsil almışam. 30 ildən artıq bir müddətdə düşmənlə üz-üzə dayanan, bir qarış belə torpağını düşmənə verməyən Tərtər rayonu hazırda sürətli inkişaf mərhələsinə qədəm qoyub.
    Ulu Öndərimiz bu rayon haqqında deyib: “ Tərtər Azərbaycanın gözəl təbiəti, bərəkətli torpağı, zəngin keçmişi olan və əməksevər insanların yaşadığı bir diyardır”.
    Tərtərlilər Ulu Öndərin birinci dəfə hakimiyyətə gəldiyi illəri minnətdarlıq hissi ilə xatırlayırlar. O illərdə Sərsəng və Suqovuşan (o zaman Madagiz) su ambarlarının tikilməsi yüz hektarlarla torpağın suvarılmasına şərait yaratdı, bunun sayəsində kənd təsərrüfatı, xüsusən də pambıqçılıq inkişaf yoluna qədəm qoydu. 1978-ci ildə Heydər Əliyev Tərtər rayonunda elektomexanika zavodunun açılışını etdi və 48 il sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin zavodun əsasında yenidən tikilmiş, müasir səviyyəyə çatdırılmış bir müəssisəni– hərbi zavodu istifadəyə verdi. Hər iki hadisə həm rayon üçün, həm də bütövlükdə ölkəmiz üçün çox böyük önəm daşıyır.
    Məhz həmin illərdə Tərtərdə kənd təsərrüfatının inkişafı sayəsində insanların gəlirləri artdı, kəndlərdə yaraşıqlı evlər tikildi, sadə zəhmət adamları mükafat olaraq minik maşınları aldılar. Ulu Öndər rayona səfər edərkən pambıq tarlalarında zəhmətkeşlərlə görüşür, onları dinləyir, qayğılarını öyrənirdi. Jurnalist Svetlana Əzizovanın “Ulu Öndər tərtərlilərin yadda-şında” kitabında vaxtilə Heydər Əliyevlə görüşmək nəsib olan insanların maraqlı xatirələri toplanıb.
    Ulu Öndərimizin çox zəngin irsini öyrənərkən onun uşaqlara, gənclərə olan isti münasibətinin, xüsusən də ölkəmizin gözəl gələcəyini təmin etmək üçün böyüyən nəslə göstərdiyi qayğı və diqqətin şahidi oluruq. Belə ki, ölkəyə birinci dəfə rəhbərlik edərkən Heydər Əliyev yüzlərlə istedadlı, savadlı gənci xaricdə təhsil almağa göndərib. Onlar sonrakı illərdə milli kadrlar kimi Azərbaycanın inkişafına öz töhfələrini veriblər. Azərbaycanda Naxçıvanski adına hərbi məktəbin açılması da Heydər Əliyevin gələcəyə hesablanmıış siyasətinin nəticəsidir.
    Moskvada SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olarkən də, Ümummilli Liderimiz daim doğma Azərbaycanımızı, xalqımızı düşünürdü.
    Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi dövr 1993-cü ildən başlayır. Həmin illərdə ölkəmiz müstəqil olsa da, bu müstəqillik çox kövrək idi. Ölkə vətəndaş müharibəsi astanasındaydı. Torpaqlarımızın bir hissəsi işğal edilmişdi. Belə bir vəziyyətdə xalqın yeganə ümid yeri Heydər Əliyev idi. Xalq ona müraciət etdi. Bu barədə Prezidnet İlham Əliyev deyib: “1993-cü il müasir tariximizdə həlledici dönüş nöqtəsidir. Tam qətiyyətlə deyə bilərəm ki, əgər 1993-cü ildə Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəlməsəydi, bugünkü Azərbaycanın mövcudluğu hətta şübhə altına düşə bilərdi”.
    Dahi öndər hakimiyyətə gəldiyi həmin tarixi mərhələni belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çün-ki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi–strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
    Siyasətinin əsas istiqaməti humanizm, insanlara sevgi olan Ulu Öndər hakimiyyətə gəldikdən sonra müharibədə atəşkəsə nail oldu. Azərbaycanın informasiya blokadasını yararaq, münaqişə haqqında əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdı. Ölkəmizin uzunmüddətli iqtisadi inkişafını təmin edən neft kontraktları imzalandı. Ümummilli Liderimizin rəhbərliyi altında yeni Konstitusiya işlənib hazırlandı və qəbul edildi.
    Ulu Öndərimzin ən böyük arzusu Azərbaycanımızı bütöv, Qarabağı və Şərqi Zəngəzuru azad görmək idi. O deyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır”.
    Şuşa şəhəri Heydər Əliyev üçün azərbaycançılığın, milli ruhun, mənəvi dəyərlərin təcəssümü idi. O, bu barədə demişdi: “Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daimi qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar”.
    Heydər Əliyevin, Azərbaycan xalqının və bütün dünya azərbaycanlılarının arzusunu Prezident İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz yerinə yetirdilər.
    Biz xoşbəxt gənclərik ki, Şanlı Qələbə sevincini yaşamaq, xalqımızın birliyini görmək, sevimli Prezidentimizin “Şuşa, sən azadsan!” kəlmələrini eşitmək nəsibimiz olub. Prezident İlham Əliyev ata vəsiyyətinə əməl etməklə yalnız özünü deyil, hər bir azərbaycanlını xoşbəxt edib.

    Günay Əlizadə,
    şəhər 1 saylı tam orta
    məktəbin XI
    sinif şagirdi

    Müəllif: Redaktor, 09:03

İsmarıclar bağlıdır.