Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,030
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 05May

    Xumar həkim olmaq istəyir

    Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanında Qarabağın 10 şagirdi 280 baldan yuxarı nəticə göstərib. Ən yüksək göstərici–297.3 bal Tərtər şəhər 6 saylı orta məktəbin şagirdi Xumar Həsənliyə məxsusdur.
    Qeyd edək ki, Xumarla “Yeni Tərtər”in tanışlığı 2024-cü ildən başlayıb. O zaman Xumar ölkə üzrə IX sinfin buraxılış imtahanlarından maksimum bal toplayan 16 şagirddən biri olmuşdu.
    Bu istedadlı şagird IX sinifdə oxuyarkən demişdi: “Müəllimlərimizin, ailəmizin üzərimizdə zəhməti ölçüyəgəlməzdir. Ancaq hər birimiz həyatımızın memarıyıq. Odur ki, gələcək yolumuzun necə olması həm də özümüzdən asılıdır. Gəlin elə yaşayaq ki, həmişə başımız uca, alnımız açıq olsun”.
    Xumarın məqsədyönlü, zəhmətsevər, eləcə də çox istedadlı olması bu imtahanlarda da başını uca edib. Həm də rayonumuza, təhsil aldığı məktəbə uğur qazandırıb.
    Xumar Həsənli I Qarabağ müharibəsi şəhidi Teyyub Həsənovun nəvəsidir. Hər iki valideyni Tərtər Mərkəzi Rayon Xəstəxanasında çalışır. Anası tibb bacısıdır. O özü isə həkim olmaq istəyir.
    Məktəbin direktoru Rüfət İsmayılov bildirdi ki, Xumar yalnız dərs əlaçısı deyil, onun fənn olimpiadalarında, digər yarışmalarda qazandığı nailiyyətlər daim bu təhsil ocağına uğur gətirib. O, həm yoldaşlarının, həm də müəllimlərin böyük hörmətini qazanıb.
    Qarşıda isə yeni imtahanlar, yeni zirvələr var. Arzu edirik ki, növbəti müsahibəni tələbə Xumardan götürək.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 08:53

İsmarıclar bağlıdır.