Su arxları lildən təmizlənib
Bu il yazın həddindən artıq yağmurlu keçməsi kəndlərimizdən keçən suvarma arxlarında lillənməyə səbəb olub.
Son zamanlar Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun yerlərdə keçirdiyi səyyar qəbul-görüşləri zamanı kənd sakinlərinin əsas müraciətlərindən biri suvarma arxlarının təmizlənməsi barədə idi. Hər bir müraciətlə bağlı operativ tədbir görülüb. Tərtər Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən xüsusi texnikalar vasitəsilə Qaraağacı, Əskipara, Qaynaq, Hacıqərvənd, Seydimli, Bayandur və digər kəndlərdə sakinlərin qaldırdıqları problemin həll edilməsi razılıqla qarşılanıb.
“Yeni Tərtər”

