Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,006
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Apr

    Problemlərin aradan qaldırılması vətəndaş məmnunluğunu yaradıb.

    Buruc kəndində subartezian quyusunun yanmış nasosu dəyişdirilərək yenisi ilə əlavə olunub. Rayon icra hakimiyyəti başçısının tapşırığı əsasında bu iş Tərtər Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən yerinə yetirilib.

    İlxıçılar kəndində sakinlərin müraciəti əsasında kəndin Üzeyir Həcıbəyov, Mübariz İbrahimov küçələrinə çınqıl verilərək hamarlanıb. Bu iş Azad Qaraqoyunlu İƏD üzrə nümayəndəlik və Azad Qaraqoyunlu Bələdiyyəsi tərəfindən həyata keçirilib.

    Kəngərli kəndində keçirilən səyyar qəbul-görüşdən sonra sakinlərin müraciəti əsasında buradakı yararsız elektrik dirəkləri və naqilləri yenisilə əvəz olunub. Tərtər Elektrik Şəbəkəsinin əməkdaşları məsələnin operativ həllini təmin ediblər.

    Səhlabad Bələdiyyəsi tərəfindən Düyərli kəndinin daxili yollarına çınqıl tökülərək hamarlanıb. Bu iş rayon rəhbərinin Yuxarı Sarıcalı kəndində keçirdiyi səyyar qəbul-görüşü zamanı edilən müraciət əsasında həllini tapıb.

    Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtər şəhərində şəhid Teyyub Həsənovun ailəsini ziyarət edən zaman, şəhidin ailə üzvləri küçəyə çınqıl verilərək hamarlanmasını xahiş ediblər. Müraciət əsasında rayon rəhbərinin tapşırığına uyğun olaraq, Tərtər Bələdiyyəsinin köməkliyi ilə yola çınqıl verilərək hamarlanıb.

    Şəhid Bəxtiyar Rəhimlinin anası Sevinc Əzizovanın müraciəti əsasında, onun həyətinin uçmuş hasarının qalıqları ərazidən təmizlənərək, yeni hasarın çəkilişinə başlanılıb.

    ”YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 09:57

İsmarıclar bağlıdır.