Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,977
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02Mar

    “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.

    Heydər Əliyev, Ümummilli Lider

    Xocalı soyqırımının 34-cü ildönümü qeyd olunub

    Tərtər Rayon İcra Haki-miyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Şəhidlər Abidə Kompleksində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının sədri, şəhid ailələri, qazilər, rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının əməkdaşları, idarə, müəssisə və təşkilat kollektivləri, İƏD üzrə nümayəndəliklər, bələdiyyələr, təhsil, səhiyyə, mədəniyyət işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə ümumtəhsil məktəbləri şagirdlərinin Xocalı faciəsinin ağrı-acısını və xalqımızın qəhrəmanlıq ruhunu əks etdirən rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər. Daha sonra Şəhidlər Abidə Kompleksinin önünə tər çiçəklər düzərək, soyqırımı qurbanlarının və Vətənimizin müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anıblar. Sonra müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və Xocalı şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən şəhidlərimizin ruhuna dualar oxunub.Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov erməni vandallarının törətdikləri amansız qətliamları xatırladaraq, Xocalı faciəsini XX əsrin ən qanlı cinayətlərindən biri kimi xarakterizə edib. Bildirilib ki, Ermənistanın onilliklər boyu azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin ən dəhşətli zirvəsi olan Xocalı qətliamından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının birbaşa iştirakı ilə törətdiyi bu cinayət nəticəsində 613 dinc sakin, o cümlədən 63 uşaq və 106 qadın xüsusi qəddarlıqla qətlə yetirilib. Faciə zamanı 1275 nəfər girov gtürülüb ki, onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu gün də qaranlıq qalmaqdadır. Bu vəhşilik beynəlxalq hüququn, xüsusilə Cenevrə konvensiyalarının tələblərinin kobud şəkildə pozulmasıdır. İcra başçısı xüsusi vurğulayıb ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sarsılmaz iradəsi və uzaqgörən strateji kursu sayəsində Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib, şəhidlərimizin qisası döyüş meydanında alınaraq tarixi ədalət bərqərar olunub. Bu gün Xocalı cəlladlarının beynəlxalq hüquq və Azərbaycan qanunları qarşısında cavab verməsi dövlətimizin qüdrətinin nümayişidir. Eyni zamanda qeyd olunub ki, Azərbaycan həqiqətlərinin dünya miqyasında təbliği və Xocalı soyqırımına beynəlxalq siyasi-hüquqi qiymətin verilməsi istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası isə bu faciənin bir çox dövlətlər tərəfindən rəsmən soyqırımı kimi tanınmasına nail olub. Vətən müharibəsindən və antiterror tədbirlərindən sonra işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Əsgəran qalası yaxınlığında aşkar edilən kütləvi məzarlıqlar erməni faşizminin vəhşiliyini bir daha bütün dünyaya faktlarla sübut edir. Tədbirdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rayon üzrə baş mütəxəssisi Kəmalə Abbaszadə və Tərtər Peşə məktəbinin psixoloqu Altunə Bayramova da çıxış ediblər. Natiqlər ermənilərin dinc sakinlərə qarşı törətdiyi insanlığa sığmayan qəddarlıqlardan bəhs edərək, Xocalı soyqırımının xalqımızın qan yadda-şına əbədi həkk olunduğunu və şəhidlərimizin xatirəsinin daim uca tutulacağını bildiriblər.

     

    Müəllif: Redaktor, 13:26

İsmarıclar bağlıdır.