Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,953
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 09Fev

    Son dövrlərdə həyata keçirilən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları” çərçivəsində rayonumuzun kəndlərində görülən işlər sakinlərin həyatını tamamilə dəyişib. Artıq onlar üçün elektrik enerjisi, qaz, su problemləri yoxdur. Elə bunun nəticəsidir ki, kənddə yaşamağa maraq artıb. Buradan şəhərə köçmək meyilləri azalıb. Son illərdə insanlar özlərinə rahat, müasir evlər tikdiriblər.
    Kənd sakinlərini ən çox düşündürən məsələlərdən biri də yol infrastrukturudur. Bu sahədə də Tərtərdə çox işlər görülüb, kəndləri birləşdirən magistral yollar yenidən qurulub. Bəzi kəndarası yollarda rast gəlinən problemlər isə əhalinin müraciətləri əsasında həll edilir.
    Bu günlərdə Köçərli kəndinin bir qrup sakini rayon icra hakimiyyətinin başçısına müraciət edərək, kəndarası yollara çınqıl tökülərək hamarlanmasını xahiş etmişdilər.
    Müraciət əsasında rayon rəhbərinin tapşırığına əsasən Hüsənli Bələdiyyəsi tərəfindən həmin yola çınqıl tökülərək hamarlanıb, yolun kənarları kol-kosdan təmizlənərək səliqə-sahmana salınıb. Kənd sakinləri görülən işdən razı qalıblar.

    Müəllif: Redaktor, 09:47

İsmarıclar bağlıdır.