Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,922
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 07Yan

    “2025-ci il arxada qaldı. Bu il də ölkəmiz üçün, xalqımız üçün uğurlu il olmuşdur. Azərbaycan xalqı sülh, təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşamışdır. Xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas amilidir. Əminəm ki, qarşıdan gələn 2026-cı il də ölkəmiz üçün uğurlu olacaq, ölkə qarşısında duran bütün vəzifələr həmişəki kimi uğurla icra ediləcəkdir.”

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

    Yeni ildə şəhid ailələrinin
    ilk qonaqları

     

    Yeni ilin ilk günlərində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ilk olaraq şəhid ailələrini ziyarət edib. YAP Tərtər rayon Təşkilatının sədri Eldar Əsədovla birlikdə o, Azadqaraqoyunlu kəndində şəhid İsax Rəhimovun anası Dürnisə Rə-himovanı 75, Səhlabad kəndində şəhid Mənsur Ağayevin anası Qəmzə Ağayevanı 90, Gülabatlı kəndində şəhid Haqverdi Məmmədovun atası Lətif Məmmədovu 85 illik yubileyləri münasibəti ilə təbrik edib, yubilyarlara rayon icra hakimiyyəti tərəfindən “Təşəkkürnamə” və gül dəstəsi təqdim edib.
    Rayon rəhbəri hər üç ailənin qayğıları ilə maraqlanıb, şəhidlərin xalqın yaddaşında əbədi yaşadıqlarını diqqətə çatdırıb.

    Müəllif: Redaktor, 10:55

İsmarıclar bağlıdır.