Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ilinin başlanması münasibəti ilə rayon Ağsaqqallar Şurası idarə heyətinin üzvü, dəyərli ziyalı, 81 yaşlı Rauf Həsənzadəni evində ziyarət edib.
Səmimi görüş zamanı rayon rəhbəri ağsaqqalı hər iki bayram münasibəti ilə təbrik edib, ona möhkəm cansağlığı və uzun ömür arzulayaraq, bayram sovqatını təqdim edib.
Ziyarət zamanı milli-mənəvi dəyərlərimizin qorunması, ağsaqqalların cəmiyyətdəki rolu və gənc nəslə örnək olmaları da vurğulanıb. Rayon rəhbəri Ümummilli Liderin ağsaqqalları canlı arxiv adlandırdığını, onlara hər zaman böyük diqqət və qayğı göstərdiyini bildirib.
Qeyd edib ki, bu gün onun yo-lunu ata vəsiyyətini yerinə yetirən, 30 ildən sonra Qarabağı geri qaytaran, adını Azərbaycan tarixinə Müzəffər Ali Baş Koman-dan, yenilməz sərkərdə kimi yazan ölkə rəhbəri cənab İlham Əliyev davam etdirir. Respublika Prezidenti hər zaman ağsaqqallara böyük hörmət və etimad göstərir.
Sonra qonaqlar Rauf Həsənzadənin şəxsi kitabxanasında da olublar. Qeyd edək ki, onun kitabxanasında 15 minə yaxın kitab var. Zənginliyi ilə diqqət çəkən şəxsi kitabxanada Rusiya çarı I Pyotrun sifarişi ilə çap olunan, həmçinin ermənilərin ölkəmizə qarşı ərazi iddialarını ifşa edən kitab və sənədlər də var.
Rauf Həsənzadə göstərilən diqqət və qayğıya görə respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq edib, ölkəmizdə hökm sürən sabitlik və inkişafdan məmnunluğunu bildirib.

