Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Elman Səfərov küçəsində ağacəkmə aksiyası həyata keçirilib.
Aksiya zamanı ərazidə təmizlik işləri aparılıb, mövcud ağaclar və yeni əkilmiş 150 ədəd eldar şamı suvarılıb, aqrotexniki qaydada qulluq göstərilib.
Bu cür tədbirlər ekologiyamızın yaxşılaşdırılmasına xidmət edir və şəhərimizi daha da gözəlləşdirir.
Son illərdə Tərtərin respublikamızın ən abad, təmiz və yaşıllığa qərq olmuş bölgələrindən birinə çevrilməsini nəinki tərtərlilər, şəhərimizin qonaqları da çox bəyənirlər.
Keçmiş hərbçi, Bakı şəhər sakini Heydər İbadov deyir:
–Mən özüm Bakıda doğulmuşam. Atam köhnə bakılıdır. 20 Yanvar hadisələrində rus ordusunun tanklarının qarşısını almaq istəyərkən yaralanan insanlardan biridir. Yolum tez-tez Tərtərə düşür. Qəhrəman şəhərin özü də, onun sakinləri də gözəldirlər. Yeni ildə onlara bol-bol uğurlar arzulayıram.
“Yeni Tərtər”

