Aşıq Yaşar Məhərrəmovun xatirəsinə
| Təzə sevinirdi “qürbət” Kəlbəcər, Canı söz Kəlbəcər, sənət Kəlbəcər. Səni də itirdi cənnət Kəlbəcər, Təbin bir də çətin qaynayar, daşar, Yerin cənnət olsun, ay aşıq Yaşar.
|
Daha niskil dolu xatirən yaşar, Yerin cənnət olsun, ay aşıq Yaşar. |
| Sənət beşiyiydi əzəlin, binən, Sərvət yatırıydı, doluydu sinən. Daha dalğa-dalğa ucalan, enən, Səsin nə zal görər, nə dağlar aşar, Yerin cənnət olsun, ay aşıq Yaşar. |
Sənsiz kövrələcək söz, danışanda, Təbiət dinəndə, yaz danışanda. Aşıq sinəsində saz danışanda, Gözlər hey dolanar, dillər hey çaşar, Yerin cənnət olsun, ay aşıq Yaşar.
|
| Şeir bal dadardı dil əzbərində, Susdun, çox incilər batdı dərində. Səni sevənlərin ürəklərində, |
Doğrultdun ustaddan xeyir-duanı, El indi ruhuna deyir duanı. Əziz xatirənə şeir duanı, Hələ Talıb kimi çoxları qoşar, Yerin cənnət olsun, ay aşıq Yaşar. TALIB MƏMMƏDLİ |

