Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,905
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 30Dek

    Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsis edilmiş “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalını  qəhrəman Tərtərdə Yeni təqvim ilinin gəlişinə həsr olunmuş bayram tədbirində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov mənə təqdim etdi. Azərbaycan jurnalistlərinin əməyinə verilən yüksək dəyərə görə Qalib Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürümü bildirir, sevimli Prezidentimizi və ailəsini bayram münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycanın gələcək inkişafı naminə müqqəddəs fəaliyyətində yeni-yeni uğurlar diləyirəm.

    Medianın İnkişafı Agentliyinə, Azərbaycan Mətbuat Şurasına təşəkkür edirəm.

    Medalı qəhrəman tərtərlilər qarşısında rayon rəhbərinin təqdim etməsi, haqqımda dediyi xoş sözlər mənim üçün ikiqat bayram oldu.

    Bildirmək istəyirəm ki, “Yeni Tərtər”in  son illərdə qazandığı uğurlarda Tərtər Rayon İcra Hakimiyyəti başçısının zəhməti böyükdür. Ötən il rayonumuzda “Yeni Tərtər”in 90 yaşının qeyd edilməsi bölgə mətbuatının həyatında unudulmaz bayrama çevrilmişdi. Rayon rəhbərinin qayğı və diqqəti nəticəsində qəzetimizin ömrü uzanır və səhifələrində Tərtərimizin, onun igid, zəhmətkeş övladlarının həyatı, işi işıqlandırılaraq, bir tarix kimi yaşayır.

    Tərtərlilər rayonumuzun rəhbərini səmimiyyətinə, sadəliyinə, şəhid ailələrinə və qazilərimizə, sadə zəhmətkeş insanlara olan münasibətinə görə çox sevirlər.

    Rayonumuzun yaşlı insanları, ziyalıları adından icra başçımızı yeni–2026-cı ilin gəlişi münasibətilə təbrik edir, ona gələcək işlərində uğurlar, cansağlığı arzulayıram.

    Svetlana Bağırova,

    “Yeni Tərtər” qəzetinin redaktoru

    Müəllif: Redaktor, 13:13

İsmarıclar bağlıdır.