Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,901
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Dek

    Bu il tariximizə “Konstitusiya və Suverenlik ili” kimi daxil oldu. Xalqımız Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyini qeyd etdi. Bu yubiley ölkəmizin bütün suveren ərazilərində böyük qürurla keçirildi.
    Bəli, igid oğullarımızın sayəsində artıq torpaqlarımız işğalçılardan tam təmizlənib. Bütün ərazilərimizdə Azərbaycan bayrağı dalğalanır. Şanlı Zəfərimizin 5 illik yubileyini keçirərkən xalqımız Vətən yolunda canından keçən hər bir övladının əziz xatirəsini yad etdi, onların ailələri ziyarət olundu, qazilərimizlə görüşlər keçirildi. Tərtər rayonunda bu ənənə illərdir davam edir. Şəhid ailələri yalnız doğum və anım günlərində deyil, daimi olaraq ziyarət edilir, onların qayğı və problemləri öyrənilərək, lazımi köməklik göstərilir. 2025-ci ildə də belə oldu. Rayon rəhbəri, ictimaiyyət nümayəndələri daim bizim yanımızda oldular. Şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə rayonda görülən işlər davam etdirildi. İndi şəhərimizin ən yaraşıqlı küçələri Vətən uğrunda canından keçən oğulların adlarını daşıyır. Bu küçələr abadlaşdırılıb, qəhrəmanların barelyefləri quraşdırılıb. Görülən işlər, göstərilən qayğı övladlarımızın əbədiyaşarlığını xatırladır.
    Eləcə də işğaldan azad edilən ərazilərə insanların qayıdışı bizim üçün təsəllidir.
    Hər dəfə illərin qovuşuğunda arzumuz torpaqlarımızın işğalına son qoymaq idi. İndi diləklərimiz çin olub. Arzu edirəm ki, bundan sonra da ölkəmizdə əmin-amanlıq olsun, Azərbaycan daha da qüdrətlənsin, böyüyən nəsil sülh şəraitində, xoşbəxt və firavan yaşasın!

    Bəhruz İsgəndərov,
    şəhid atası

    Müəllif: Redaktor, 12:51

İsmarıclar bağlıdır.