Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,897
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Dek

    Zəfər sözünü həmişə sevmişik. Amma 44 günlük Vətən müharibəsindən sonra bu sözü səsləndirdikdə, qəlbimizi bürüyən qürur, rahatlıq bambaşqadır.
    Bəli, məhz həmin Şanlı Qələbədən sonra hər bir azərbaycanlının, eləcə də ölkəmizin hər bir vətəndaşının həyatı dəyişdi. İllərin deyil, əsrlərin çətin yükü çiyinlərimizdən götürüldü.
    Vətən müharibəsi 44 gün ərzində başa çatsa da, Zəfərə aparan yol bundan xeyli əvvəl başlamışdı. Bu çətin və şərəfli yolda atılan hər bir addımın öyrənilməsi, yaddaşalarda yaşaması üçün tarixçilərimizə çox vaxt lazım gələcək. Biz isə o unudulmaz günlərin şahidləri kimi deyə bilərik ki, bu qələbə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu, uzaq-görən xarici və daxili siyasətin, milli ruhumuzun, ölkəmizdəki tolerantlıq mühitinin və möhkəm birliyimizin nəticəsi oldu.
    Bu illər ərzində biz milliyətindən, dinindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının işğal altında olan torpaqlarımızı azad etmək arzusu ilə yaşadığını gördük.
    İstər Birinci Qarabağ müharibəsində, istərsə də sonrakı dövrlərdə ölkəmizdə yaşayan xalqların nümayəndələri Vətən uğrunda canlarından keçiblər. Təsadüfi deyil ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir.
    Vətən müharibəsi zamanı da Azərbaycanda yaşayan bütün dini icmalar, etnik azlıqlar dövlətin, ölkə Prezidentinin ətrafında sıx birləşdilər.
    Milli ruhumuzdan danışarkən fəxrlə deyə bilərik ki, bunun bariz nümunəsi 30 ildən artıq bir müddətdə qəhrəman Tərtərin düşmənlə üzbəüz dayanması idi. Ermənilərin bütün çirkin cəhdlərinə baxmayaraq, evlərimizin işıqları heç zaman sönmədi, əlimiz işdən soyumadı, mübarizəmiz zəifləmədi. Bir zamanlar düşmən bizə yüksəkliklərdən baxıb, istədiyi vaxt atəş açırdı. Qəhrəman oğullarımızın sayəsində indi o yüksəkliklərdə əzəli-əbədi sakinlər yaşayır. Bu xoşbəxtliyi bizə öz gənc həyatları hesabına bəxş edən şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə, veteranlarımıza cansağlığı arzulayırıq.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 12:44

İsmarıclar bağlıdır.