Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,897
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Dek

    TƏRTƏR PEŞƏ MƏKTƏBİNDƏ YENİ İXTİSASLAR TƏDRİS OLUNUR

    Peşə təhsilinin tarixi çox qədimdir. Bu isə onu göstərir ki, bütün dövrlərdə cəmiyyət öz peşəsini mükəmməl bilən insanlara ehtiyac duyub.
    Azərbaycanda peşə təhsilinin həm kəmiyyət, həm də keyfiyyət baxımından sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdən başlayıb. Məhz həmin illərdə ölkəmizdə peşə təhsilli kadrlar hazırlayan çoxlu sayda məktəblər tikilib istifadəyə verilib. Həmçinin Ümummilli Liderin şəxsi təşəbbüsü və göstərişi ilə baza müəssisələrinin qabaqcıl mühəndis- texniki mütəxəssisləri peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimi, istehsalat təlimi ustaları və rəhbər işçi kimi irəli çəkiliblər. Bu tədris müəssisələrinə yeni texnoloji avadanlıqlar, maşın və mexanizmlər verilib.
    Prezident İlham Əliyevin rəhbərliyi dövründə peşə təhsilinin inkişafı qarşıda duran əsas vəzifələrdən birinə çevrilib. Hal-hazırda Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biri məhz insan kapitalının formalaşmasıdır.
    Ölkə başçısının fərman və sərəncamları ilə 2016-cı il-də Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsinin təsdiq edilməsi, Peşə Təhsili Üzrə Dövlət Agentliyinin yaradılması, 2018-ci ildə Peşə Təhsili haqqında Qanunun təsis edilməsi və həyata keçirilən digər çoxsaylı tədbirlər məhz bu məqsədi daşıyır. Bu barədə Prezident İlham Əliyev deyib: “Peşə təhsili xüsusi əhəmiyyət daşıyan məsələdir, xüsusilə indiki şəraitdə. Bu gün Azərbaycanda yaradılan yeni peşə məktəbləri, əlbəttə ki, sovet vaxtında mövcud olan peşə məktəblərindən böyük dərəcədə fərqlənir. Sovet vaxtında daha çox orta məktəbdə böyük nəticələr əldə edə bilməyən uşaqlar 8-ci sinifdən peşə məktəblərinə üz tuturdular və bu, adi bir praktika idi. Bu gün isə peşə məktəbləri çox böyük hörmətə layiq məktəblər olmalıdır”.
    Tərtər peşə məktəbinin fəaliyyəti ilə tanış olduqda, təhsilin bu istiqamətinin nə dərəcədə inkişaf etdiyinin şahidi olursan. Hazırda bu-rada tələbələr 9 mövcud peşə istiqamətindən 7-si üzrə peşə vərdişlərinə və biliklərə yiyələnirlər. Bunlar kənd təsərrüfatı, sənətşünaslıq, iqtisadiyyat, xidmət, energetika, metallurgiya, nəqliyyat vasitələrinin idarə edilməsi, ilkin tələbat sahələrini əhatə edən peşələrdir.
    Məktəbin direktoru Əli Babayev bildirdi ki, hazırda peşə məktəbinə gələn tələbələr həm bilik səviyyəsinə, həm də ictimai fəallıqlarına görə universitetlərdə təhsil alanlardan geri qalmırlar. Çünki burada öyrədilən peşələrə ölkədə böyük tələbat var. Təkcə bir faktı göstərmək kifayətdir ki, qəbul olunan gənclər arasında 32 nəfəri orta məktəbi əla qiymətlərlə bitirənlərdir, onlardan 1 nəfəri isə ali təhsilli idi, peşə məktəbində əlavə olaraq ürəyinə yatan peşələrdən birinə yiyələnib.
    Sevindirici haldır ki, məktəbin məzunu olan Əsmər Qurbanova ötən il Tibb Universitetinə, Səlminaz Nəsirova isə İqtisad Uni-versitetinə qəbul olublar.
    Son illərdə bu təhsil ocağında təlimin yaxşılaşdırılması ilə yanaşı, nizam-intizamın, tərbiyənin yeni səviyyəyə yüksəldilməsi təq-dirəlayiqdir. Belə ki, vaxt-aşırı keçirilən müzakirələr, tədbirlər tələbələrə onları maraqlandıran mövzulara münasibət bildirməyə imkan yaradır, gənclərin ictimai fəallığını artırır, cəmiyyətdə rast gəlinən bəzi mənfi hallara qarşı mübarizəni gücləndirir.
    Qazanılan uğurlar məktəb rəhbərliyinin, müəllim və usta kollektivinin gərgin zəhməti ilə yanaşı, dövlətimiz tərəfindən peşə təhsilinin inkişafına göstərilən qayğının nəticəsidir. Belə ki, Tərtər Peşə Məktəbi 1960-cı ildən fəaliyyət göstərir. Məktəbin 5 mərtəbəli binası heç vaxt əsaslı təmir edilmədiyindən, əvvəllər burada tədrisi lazımi səviyyədə aparmaq çətin idi.
    Elm və Təhsil Nazirliyi tərəfindən əsaslı təmir işləri aparıldıqdan sonra məktəb öz görkəmini tamamilə dəyişib. Rahat və işıqlı otaqlarda tədris yüksək keyfiyyətlə aparılır, tələbələr isə dərzi, geyim üzrə dizayner, xalçaçı, dayə, baytar, texnik, qaynaqçı, avtoelektrik, avtoçilingər, tikiş üzrə operator və sair müasir ixtisaslara həvəslə yiyələnirlər.
    Onu da qeyd edək ki, məktəbdə təlim-tədris prosesinin düzgün qurulması Tərtər Rayon İcra Haki-miyyətinin başçısı Müstəqim Məmmədovun diqqətində saxlanılır. Onun vaxt-aşırı məktəbdə olması, tələbələrin peşə vərdişlərinə yiyələnməsi prosesi ilə tanışlığı müəllim, usta kollektivinin daha yaxşı çalışmasına, tələbələrin isə biliklərə həvəslə yiyələnmələrinə stimul yaradır. Rayon icra ha-kimiyyətinin peşə məktəbi ilə birgə keçirdiyi tədbirlər də gənclərin dünyagörüşünün artırılmasına, gələcək həyat yollarının müəyyənləşdirilməsinə müsbət təsir göstərir.
    Məktəbdə tələbələrə təqaüd də verilir. Əlaçılar 110 manat, zərbəçilər 90 manat, digərləri isə 70 manat təqaüd alır.
    Peşə məktəbini bitirən gənclər böyük üstünlüklərə malikdirlər. İşəgötürənlər indi onlarla işləməyə maraq göstərirlər. Peşə məktəbinin məzunları kollec bitirənlərlə eyni səviyyədə tutulur, onlarla birlikdə imtahanlarda iştirak edir, topladıqları bala uyğun işlə təmin olu-nurlar.
    Son illər Tərtər Peşə Məktəbində yaranmış sağlam mühit, müsbət yeniliklər öz rayonumuzla yanaşı, qonşu rayonlardan–Bərdə, Ağcabədi, Goranboydan olan gəncləri bura cəlb edir.
    Onlar səriştəli, rəqabətqabiliyyətli peşəkar kadr kimi yetişərək, öz rayonlarının, kəndlərinin və bütövlükdə ölkəmizin inkişafına töhfə-lərini verirlər.

    SVETLANA BAĞIROVA

    Müəllif: Redaktor, 12:38

İsmarıclar bağlıdır.