Mən sürücüyəm. İşimlə bağlı tez-tez şəhərimizin küçələrində olur, müxtəlif ünvanlara üz tuturam. Düzü, yaxın vaxtlaradək maşınla xüsusilə ümumtəhsil müəssisələrinin qarşısından keçərkən həyəcan keçirirdim. Çünki yol nişanları, yol hərəkəti iştirakçılarını məlumatlandırmaq məqsədi ilə yol-cizgi işarələri köhnəlmişdi, digər çatışmazlıqlar vardı. Bu isə istər-istəməz yollarda qəza şəraiti yaradırdı.
Hazırda Azərbaycan Yer-üstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən şəhərimizdə nəqliyyat vasitələrinin təhlükəsiz və nizamlı hərəkətini təmin etmək məqsədi ilə işlər görülür.
Öyrəndik ki, bu işlər Tərtər Rayon İcra Hakimiyyəti başçısının müvafiq quruma ünvanladığı məktubun icrası ilə əlaqədar həyata keçirilir.
Həm sürücülər rahatdırlar, həm də piyadalar. Çünki yollarda təhlükəsizliyin təmin edilməsi baş verə biləcək avtomobil qəzalarının qarşısının alınması deməkdir.
Andrey Mozqovoy,
Tərtər şəhər sakini

