Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,897
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Dek

    Şıxarx qəsəbəsində keçmiş məcburi köçkünlər üçün tikilmiş qəsəbə yaxın vaxtlaradək bizimlə üzbəüz yaşayan düşmənlərə göz dağı olub. İndi şükürlər olsun ki, igid oğullarımızın qəhrəmanlığı sayəsində torpaqlarımız təmizlənib. Qəsəbə sakinləri rahat və əmin-amanlıq şəraitində yaşayırlar. Burada gözəl məktəb, uşaq bağçası, musiqi məktəbi, marketlər və digər lazımi infrastruktur var.
    İşğaldan azad olunmuş torpaqlara gedən yaxın-uzaq qonaqlar qəsəbənin yanından keçən Tərtər-Kəl-bəcər magistral yolu ilə vaxtilə həsrətlə baxdığımız o yerlərə üz tuturlar.
    Əlbəttə, belə olan halda, bir vətəndaş kimi bizim də üzərimizə müəyyən məsuliyyət düşür.
    İlk olaraq yaşadığımız ərazini, binaların ətraflarını təmiz və səliqəli saxlamalıyıq. Zirzəmilərdə yanar konstruksiyaların olmasına, bura lazımsız əşyaların yığılmasına yol verməməliyik.
    Bu yaxınlarda Tətər rayon Fövqəladə Hallar Komissiyasının üzvləri tərəfindən bizim yaşadığımız binaların zirzəmilərində monitorinq aparılarkən, burada aşkar olunmuş nöqsan və çatışmazlıqlar aradan qaldırılıb, yanar konstruksiyalar götürülüb, həmçinin ərazidə ümumi təmizlik işləri həyata keçirilib.
    Bu işlərə biz özümüz də daimi nəzarət etməliyik. Mənzillərimizin təmizliyinə, səliqə-sahmanına fikir verdiyimiz kimi, zirzəmilərin vəziyyəti də hər bir sakin üçün vacib məsələ olmalıdır. Eyni zamanda zibillərin hara gəldi tökülməsinə qarşı ictimai qınaq olmalıdır.

    İlahə Paşazadə,
    Şıxarx qəsəbə sakini

    Müəllif: Redaktor, 12:21

İsmarıclar bağlıdır.