Tərtər rayon Xəlil Əzimov adına Qaynaq kənd orta ümumtəhsil məktəbinə qaz xəttinin çəkilməsi uğurla başa çatdırılıb. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilən bu işlər nəticəsində məktəbin istilik təminatı yaxşılaşdırılıb və qış mövsümündə daha rahat tədris mühiti yaradılıb.
Məktəbin rəhbərliyi və yerli sakinlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Məktəbin istiliklə təmin olunması həm tədrisin keyfiyyətinə, həm də ümumi sosial şəraitə müsbət təsir göstərəcək.
-
17Dek
Müəllif: Redaktor, 11:43

