Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,897
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 17Dek

    BURAX MƏNİ GEDİM, DÜNYA

     

    Uşaq görüb qucaqladın,
    Gözəlliyinə bağladın.
    Nə atdın, nə gün ağladın,
    Bir ömür qəm yedim, dünya,
    Burax məni gedim, dünya.
    Pıçıltıyla dedim, dünya,
    Burax məni gedim, dünya.
     

    Duyulmuram, yad kimiyəm,
    Öləziyən od kimiyəm.
    Unudulan ad kimiyəm.
    Qəribəm, nə edim, dünya?
    Burax məni gedim, dünya.

    Nə şöhrət, nə varmeyiləm,
    Səmti itmiş bir veyiləm.
    Tayın-tuşunki deyiləm,
    Mən “uşaq”, sən qədim dünya,
    Burax məni gedim, dünya.
     

    Ucuz tərifi, minnəti,
    Mənimsəyəmmədim qəti.
    Xor içində həqiqəti

    Gözüm yoxdu aşında da,
    İllərində, yaşında da.
    Olmayıbdı qarşında da
    Öhdəliyim, vədim, dünya,
    Burax məni gedim, dünya.

     

    TALIB MƏMMƏDLİ

     

    Müəllif: Redaktor, 11:35

İsmarıclar bağlıdır.