Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,697
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 12May

     

     

     

     

     

    May ayının 10-da respublikamızın hər yerində olduğu kimi xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Tərtər rayonunda da qeyd edildi. Minlərlə  tərtərli Mərkəzi Meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramını, ümumxalq məhəbbətini nümayiş etdiriblər.

    Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, qazilər, veteranlar, idarə, müəssisə, təşkilatların kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

    Gülqoyma mərasimindən sonra  rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Heydər Əliyev Mərkəzində Ulu Öndərin büstünün önünə gül dəstələri qoyub, onun həyat və fəaliyyətini əks etdirən eksponatlara baxıblar.

     

    Müəllif: Redaktor, 10:46

İsmarıclar bağlıdır.