ŞƏHİDLƏRİN XATİRƏSİ ƏZİZ TUTULUR
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qaradağlı kəndində Vətən Müharibəsi şəhidi Sənan Məmmədlinin anası Rəsmiyyə Məmmədovanı 55 illik, Tərtər şəhərində isə şəhid Firdovsi Paşayevin anası Maxmər Əliyevanı 80 illik yubileyləri münasibəti ilə təbrik edib, onlara gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
Hər iki ailədə baş tutan görüş zamanı şəhidlərin yarımçıq qalan ömür kitabı vərəqlənib. Qeyd olunub ki, ölkəmizin suverenliyinin və müstəqilliyinin təmin olunmasında şəhidlərimizin böyük xidmətləri olub. Xalq onların əziz xatirəsini daim uca tutur və yaşadır. Şəhid ailələrinin problem və qayğıları daim öyrənilir və bunların həlli istiqamətində tədbirlər görülür.