Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,566
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31Yan

    Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır. Əminəm ki, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə də ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcəkdir.
                                                                                                                           İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    1997-ci il fevralın 1-də gənclərin I Forumunun ildönümü münasibəti ilə bir qrup gənci qəbul edən Heydər Əliyev fevralın 2-sinin Azərbaycanda gənclər günü elan edilməsi barədə sərəncam imzaladı. Həmin vaxtdan etibarən fevralın 2-si MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başladı.
    Azərbaycan Respublikası gənclərinin forumu mütəmadi olaraq keçirilir. Gənclərin ikinci forumu 1999-cu ildə keçirildi. Gənclərə xüsusi diqqət ayıran ölkə rəhbəri Heydər Əliyev forumda çıxış edərək gənclərə müraciət etdi: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, quranlarısınız, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq.” Bu sözlərlə gəncliyə olan etimadının, diqqətinin sonsuz olduğunu göstərən Ulu Öndər Azərbaycan gəncliyinin üzərinə böyük vəzifələr qoydu.
    Görülən işlərin davamı olaraq 2003-cü il oktyabrın 13-də keçirilmiş Azərbaycan gənclərinin III Forumu əvvəlki forumlardan ötən dövr ərzində görülmüş işlərin layiqincə qiymətləndirilməsi və gənclərə azərbaycançılıq məfkurəsinin aşılanması yollarını müəyyənləşdirərək, qərarların yerinə yetirilməsi üçün ölkənin bütün qüvvələrini səfərbər etməsi ilə yadda qaldı.
    Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün gənc nəslin düzgün formalaşması ölkə siyasətində önəmli yer tutmaqla yanaşı, gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini də uğurla davam etdirir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir. Dövlətin gənclərlə bağlı siyasətinin uğurla həyata keçirilməsində bu mühüm addımın böyük rolu vardır.
    Ölkə başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqra-mının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramları xüsusi qeyd edilməlidir. Deməli, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına da olduqca müsbət təsir göstərir.
    Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili” elan etməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm veril-məsinin daha bir sübutudur.
    Qəhrəman Tərtərin gəncləri Vətənə olan sevgilərini döyüş meydanlarında nümayiş etdiriblər.
    Bu gün isə onlar müxtəlif sahələrdə – dövlət qulluğunda, kənd təsərrüfatında, səhiyyədə öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək, rayonumuzda vətənpərvər, savadlı, milli ideyalarımıza sadiq gəncliyin yetişdiyini əməli işlərilə sübut edirlər.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 10:35

İsmarıclar bağlıdır.