Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,566
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Yan

    667 hektar ərazisi, 248 təsərrüfatı və 1304 nəfər əhalisi olan Ağkənd kəndində rayon rəhbərinin növbəti səyyar qəbul-görüşü səmimi və sakinlərin fəallığı şəraitində keçdi. Qəbuldan öncə icra başçısı kənddə şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül-çiçək dəstələri düzüb, onların xatirəsini ehtiramla yad etdi.
    Qeyd olundu ki, yaxın keçmişdə Ağkənd kəndi nankor qonşularımızla yaxın məsafədə yerləşən yaşayış məntəqələrindən biri olub. Bu səbəbdən əhali çox əziyyət çəkib. Kəndin igid oğulları torpaqlarımızın azadlığı uğrunda mübarizədə yaxından iştirak edib, qəhrəmanlıq nümunəsi göstəriblər.
    Artıq beşinci ildir ki, ölkəmizdə sülh və əmin-amanlıqdır. İnsanlar rahat şəkildə təsərrüfat işlərilə məşğul olur, dolanışıqlarını təmin edirlər. Kənddə əsasən əkinçilik və maldarlıq inkişaf etdirilir. Sakinlər 553 baş iribuynuzlu, 975 baş xırdabuynuzlu heyvan, 4380 baş quş, 88 arı ailəsi saxlayırlar.
    Ərazidə 1 körpələr evi-uşaq bağçası, 1 kitabxana, 1 mədəniyyət evi, 3 ticarət, 1 iaşə, 2 məişət obyekti fəaliyyət göstərir.
    Son illərdə Ağkənddə müasir tələblərə cavab verən infrastruktur qurulub. İnsanlar qaz, elektrik enerjisi və su sarıdan korluq çəkmirlər. Bu isə öz növbəsində onlarda məmnunluq hissi yaradır, daha böyük həvəslə çalışmalarına səbəb olur.
    Eyni zamanda yol infrastrukturunun yenilənməsi, yaşıllıqların artırılması, yol kənarlarının alaq otlarından təmizlənərək qaydaya salınması diqqət mərkəzində saxlanılır. Belə ki, təkcə ötən il Ağkənddə kəndarası yolların 600 metri cari təmir olunub, su arxları 9,7 km məsafədə lildən təmizlənib, kənd ərazisində 800 ədəd çəkil, 40 ədəd eldar şamı əkilib və diğər işlər görülüb.
    Bununla belə, səyyar qəbul-görüş zamanı rayon rəhbərinə müraciətlər olundu. Bunların əksəriyyəti suvarma suyu ilə bağlı idi. Həmçinin Rəhman Tahirov kənddə olan poçt filialının bağlanmamsaı ilə bağlı müraciət etmişdir.
    Rayon rəhbəri kənd sakinlərilə görüşdə bir sıra mühüm məsələlərə də toxundu. Xüsusən qeyd edildi ki, narkomaniyaya qarşı mübarizədə laqeydlik göstərmək olmaz, çünki bu bəla gənclərin məhvinə aparır, ailələrə bədbəxtlik gətirir. Eyni zamanda bildirildi ki, erkən nigaha münasibətdə kənd ağsaqqalları, ziyalılar öz fikirlərini söyləməkdən çəkinməməlidirlər.
    Qaldırılan məsələlərlə bağlı rayon rəhbəri aidiyyəti şəxslərə tapşırıqlar verib.

    ”YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 11:53

İsmarıclar bağlıdır.