Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,566
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21Yan

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Bəyim-sarov kəndində Birinci Qarabağ müharibəsi şəhidi Firdovsi Süleymanovun ailəsini ziyarət edib, anası Gülnaz Məsmalıyevanı 85 illik yubileyi münasibəti ilə təbrik edərək, ona gül dəstəsi və rayon icra hakimiyyətinin təşəkkürnaməsini təqdim edib.
    Rayon rəhbəri şəhid və qazilərin qəhrəmanlıqlarından söz açıb və bildirib ki, bu gün onların qanı-canı bahasına torpaqlarımız işğaldan azad olub, suverenliyimiz bərpa edilib.
    Qeyd edək ki, şəhid Süleymanov Firdovsi Rəhim oğlu 1970-ci il fevral ayının 26-da Ermənistan Respublikasında Göyçə mahalının Çaxırlı kəndində anadan olub. 1988-ci ildə ermənilər tərəfindən bütün soydaşları kimi dədə-baba ocaqlarından didərgin salınıb və ailələri ilə birlikdə doğma Azərbaycana pənah gətirib. 1988-ci ilin noyabr ayında Azərbaycanda ilk dəfə qeydiyyatda olduğu Qax rayonundan keçmiş Sovet Ordusu sıralarına həqiqi hərbi xidmətə gedib. 1990-cı ilin sonunda hərbi xidmətdən qayıtdıqdan sonra valideynlərinin məskunlaşdığı Tərtər rayonuna gəlib və bu rayondakı 55 №-li Tikinti İdarəsində işləyib. 1993-cü il fev-ral ayının 11-də Milli Ordu sıralarına təkrar hərbi xidmətə gedib. Bundan 15 gün sonra fevral ayının 26-da Sərsəng su hövzəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Bəyimsarov kənd qəbiristanlığında dəfn edilib.

     

    Müəllif: Redaktor, 11:40

İsmarıclar bağlıdır.