Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,534
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Yan

    İclasda şura üzvləri ilə yanaşı idarə, müəssisə, təşkilat rəhbərləri və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər.
    Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
    Sonra rayon rəhbəri çıxış edərək Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında 2024-cü ildə vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, qaldırılan problemlərin həll olunması və vaxtında cavab verilməsi məsələlərinin daim nəzarətdə saxlanıldığını bildirib.
    Qeyd edilib ki, rayon icra hakimiyyətinə daxil olan bütün vətəndaş müraciətləri elektron informasiya sisteminə işlənilib və müvafiq olaraq aidiyyəti üzrə icraçılara göndərilib. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icrasına nəzarət olunub. Şura yığıncaqlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri 2 dəfə müzakirə olunub, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilibdir.
    İcra başçısı bildirib ki, hər bir dövlət məmuru öz işini planlaşdırarkən vətəndaşların müraciətlərinə baxılması və icrası məsələsinə geniş yer ayırmalı və qaldırılan məsələlərin maksimum həllinə çalışmalıdır.
    Vurğulayıb ki, rayon icra hakimiyyəti başçısının 9 dekabr 2024-cü il tarixli, 191 nömrəli əmri ilə 2025-ci ildə rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu haqqında cədvəl təsdiq edilərək “Yeni Tərtər” qəzetində vətəndaşların məlumatlandırılması üçün dərc edilmişdir. Həftənin beş günü rayon icra hakimiyyətinin başçısı, başçının birinci müavini, başçının müavinləri və şöbə müdirləri vətəndaşları qəbul edəcəklər.
    Tərtər RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Kənan Mehdiyev çıxış edərək bildirmişdir ki, 2024-cü ildə rayon icra hakimiyyəti başçısı aparatına 794 müraciət daxil olmuşdur ki, bu müraciətlərin 358-i eyni vətəndaşlardandır. Belə ki, həmin vətəndaşların bir çoxu eyni məzmunlu ərizə ilə eyni vaxtda müxtəlif dövlət orqanlarına müraciət etmişlər.
    Rayon icra hakimiyyəti başçısı aparatında 2561 nəfər vətəndaş qəbul olunmuşdur. Onlardan 979 nəfəri icra hakimiyyəti başçısı tərəfindən, 1582 nəfəri isə başçının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir.
    Rayon icra hakimiyyəti başçısının 2024-cü ildə yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər praktikası davam etdirilmiş, il ərzində 48 yaşayış məntəqəsində icra hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilmişdir. Bu görüşlərdə 3553 vətəndaş iştirak etmiş, 157 nəfər vətəndaşın 174 məsələ ilə bağlı müraciətinə baxılmışdır. Qaldırılan məsələlərin 69-u həll edilmiş, 32-si ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanmış, 73-nə müvafiq izahatlar verilmişdir.
    2024-cü ildə daxil olmuş müraciətlərin 2023-cü illə müqayisəli təhlili zamanı müəyyən olmuşdur ki, 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olan müraciətlər 96 sayda, Milli Məclisdən daxil olan müraciətlər 10 sayda, Nazirlər Kabinetindən daxil olan müraciətlər 58 sayda, vətəndaşlardan bilavasitə daxil olan müraciətlər 25 sayda azalmış, respublikanın digər təşkilatlarından daxil olan müraciətlər isə 1 sayda artmışdır.
    Ümumilikdə, 2023-ci illə müqayisədə rayon icra hakimiyyətinə daxil olan müraciətlər 188 sayda azalmış-dır.
    2023-cü illə müqayisədə 2024-cü ildə həll olunmuş və qismən həll olunmuş müraciətlərin sayı artmışdır. Belə ki, 2023-cü ildə müraciətlərin 14,7 %-i, 2024-cü ildə isə 28,6 %-i həll olunmuşdur.
    Müzakirə edilən məsələlər barədə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Hüquq şöbəsinin məsləhətçisi Çingiz İsayev şıxış ediblər.
    Şura iclasında müvafiq qərar qəbul edilib, Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2025-ci il üçün İş Planı və rayon icra hakimiyyəti başçısı aparatının Tədbirlər Planı təsdiqlənib, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

    Müəllif: Redaktor, 10:40

İsmarıclar bağlıdır.